İsrailin yeni Prezidenti İshak Hersoqun bu gün Knessetdə (parlament) andiçmə mərasimi keçirilib.
Yeni Prezident and içəndən sonra andiçmə mətnini imzalayıb.
Qeyd edək ki, İ. Hersoq bu il iyunun 2-də Knessetdə deputatların səsverməsindən sonra Prezident seçilib.
O bu postda Reuven Rivlini əvəzləyib.
İsraildə Prezident postu bir dəfə olmaqla 7 il müddətinə nəzərdə tutulur. Prezident ikinci müddətə seçilə bilməz.
Prezidenti vəzifədən ancaq parlament kənarlaşdıra bilər. Bunun üçün deputatların 3/4-ü onun impiçmentinin lehinə səs verməlidir.