...Həssas təbiəti var. Möhkəmlik, pragmatiklik, dözümlülük, güclü iradə onun ən əhəmiyyətli xüsusiyyətləri sırasındadır. Kimsə onu asanlıqla istiqamətləndirə, idarə edə bilməz. Həyat yolunda sabit, balanslı, mühafizəkar davranmağı xoşlayır. Sülh və əminamanlıq tərafdarıdır, amma əqidəsindən heç zaman dönməz. İti zəkalıdır, ona - MƏZMUNLU ADAM- demək daha çox yerinə düşər. Etibarlı və sədaqətlidir, əmanətə xəyanət etmək ruhuna ziddir. Fərqli, dəyişən, eqzotik şeylərdən uzaq dayanır. İradəsi güclü olduğundan, çətinliklərin qarşısında ümidsizliyə düşmür, sarsılmır...
2006-cı il mayın 18-də beş nəfər naməlum şəxs tənqidi yazılarına görə qarşısını kəsərək, onu zorla avtomobilə əyləşdiriblər. Bakının kənarına apararaq, huşunu itirənədək döyüblər. Ayağının bir neçə yerdən sındığını, zədələrini görən yerli sakinlər onu xəstəxanaya çatdırıblar. Bu acı olaydan sonra bir il əziyyət çəkdi, intensiv müalicə aldı...
İçində qəribə bir nisgil yaşayır. O qədər boy atıb ki, gözlərindən boylanır. Hansı şəklinə baxırsan bax, bu nisgili görəcəksən...
Qəribə taleyi var, uzun illərdir ki, vəfat edən atasının, doğmalarının məzarlarını ziyarət edə bilmir. Bəlkə də ən böyük dərdi də budur...
Onu şəkillərindən, yazılarından tanıyıram, amma elə bil, bir ömür bir yerdə, bir arada olmuşuq. Şəkillərdə donmuş baxışları doğma bir adam kimi, sanki mənə nəvaziş göstərir. İllər ötsə də bu şəkillər hələ də onun baxışlarını sədaqətlə özündə daşıyır...
Haqqında söhbət açdığım şair-publisist, jurnalist, “Bizim yol” qəzetinin və eyni adlı saytın baş redaktoru Bahəddin Həzi Füzulinin Seyid Əhmədli kəndində dünyaya göz açıb. Bu kənddə böyüyüb ərsəyə çatıb. Və bir gün doğma ata-baba yurdundan pərvazlanaraq, Bakıya üz tutub, ali təhsil alıb, ev-eşik yiyəsi, ailə başçısı olub...
İstedadlı qələm sahibidir, maraqlı yazıları ilə oxucularının görüşünə tələsir. Biganə deyil, necə deyərlər, dərd onu şairlik səviyyəsinə qaldıra bilib. Şeirlərinə, yazılarına hopan bu dərd, misra-misra, sətir-sətir ah çəkir, qəlbləri göynədir...
Yerişini, duruşunu, davranışını görməmişəm, amma bilirəm ki, çox maraqlı adamdır. Çeşmələr kimi saf, dağ çayları kimi coşqun, dəniz kimi təlatümlüdür...
Elman Eldaroğlu
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN