"Hakimiyyətə gəlməyin yeganə yolu seçkilərə qatılmaq və qalib gəlməkdir".
TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili hökumətin bu gün keçirdiyi iclas zamanı deyib. Onun sözlərinə görə, dünənki aksiyada etirazçılar patriarxın polis tərəfindən tutulmasını tələb edirdi: “Dünənki mitinqlə bağlı öz fikirlərimi xalqımıza bildirmək istəyirəm. Dünən eşitdiklərimiz dövlət əleyhinə, kilsə əleyhinə və antimilli mesajlar idi. Məsələn dünənki aksiyada aqressiv etirazçılar patriarxın polis tərəfindən tutulmasını tələb edirdi. Bundan başqa onlar bizim istefamızı da tələb edirdilər, bu isə anlaşılan və normaldır, çünkü bu onların arzusudur", - deyə İ. Qaribaşvili bildirib. O həmçinin, aksiyaları daha çox işıqlandıran müxalif telekanallar olan "Mtavari", "Tv Pirveli" və "Formula"nın birbaşa Saakaşvili tərəfindən idarə olunduğunu deyib: "Özünüzü aldatmayın, açıq demək lazımdır ki, müxalif telekanallar olan "Mtavari", "Pirveli" və "Formula" birbaşa Saakaşvili tərəfindən və onların oğurladıqları vəsaitlə idarə olunur. Onların bir hədəfi var - bir yol ilə hökuməti devirmək və yenidən güclə hakimiyyətə gəlmək, əlbəttə ki, bu olmayacaq, buna imkan verməyəcəyik. Hakimiyyətə gəlməyin yeganə yolu seçkilərə qatılmaq və qalib gəlməkdir", - deyə İ. Qaribaşvili bildirib. Baş nazir həmçinin təxribata qarışan və bütün sui-istifadə edənlərin cəzalandırılacağına zəmanət verdiyini bildirib.