Dünya mediası Rusiyanın Ukraynadakı zəif nöqtələri ilə yanaşı, Rusiyanın yüz illərdir əlaltısı olmuş Ermənistanın bədbəxt vəziyyətindən yazır... Məsələn, Almaniyanın "Deutsche Welle" (DW) ötən gün yazıb ki, Rusiya Ukraynada acınacaqlı məğlubiyyətə uğrayıb. Rusiyanın zəifləməsindən istifadə edən Azərbaycan Ermənistanla haqq-hesab çəkir və s. Tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənli bununla bağlı maraqlı şərh paylaşıb. Sitat: "...Alman mediası onu da vurğulayır ki, bu, birinci dəfə deyil. Rusiya-Ukrayna müharibəsi zamanı Azərbaycan tərəfi mərhələli şəkildə Rusiyanın səbrini yoxladı və Dağlıq Qarabağda da iri hərbi əməliyyatlar keçiridi... Məqalədə deyilir ki, Avropanın Azərbaycan qazına ehtiyacı artıb. Bu isə o deməkdir ki, Azərbaycan Ermənistana təzyiqləri daha da gücləndirəcək... Bizim müxalifət də deyir ki, cənab Putin nə deyirsə, İlhaham Əliyev də icra edir...".
Maraqlı olan həm də budur ki, ötən gün BMT Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasından, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həllindən danışılıb və bununla bağlı çağırış edilib. Rusiyanın təmsilçisi mətbuat üçün açıqlamada 10 noyabr 2020-ci ildə imzalanmış üctərərəfli bəyanatin yerinə yetirilməsinin vacibliyinin vurğulanmasını tələb edib.... Bu isə o deməkdir ki, Ermənistanın vəziyyəti artıq nə ruscadır, nə də fransızca, elə ermənicədir...
A.Məmmədli

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA