Şəhid qardaşının sosial şəbəkələrdə paylaşılan videoları ilə bağlı təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq.

Baş Prokurorluğun mətbuat xidmətindən " Təzadlar"a verilən  açıqlamada belə deyilir.... Məlumatda vurğulanır ki, Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerinə dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu sosial şəbəkələrdə yayılmış video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər video üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün prokurorluq orqanları tərəfindən əhəmiyyət kəsb edən bütün hallarla tam və hərtərəfli araşdırma aparılır. Hər iki xüsusat üzrə təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir. Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, aparılan araşdırma ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması yolverilməzdir və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN