Böyük Britaniya və Fransa qanunsuz immiqrasiyaya qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlib.
“RİA Novosti” xəbər verir ki, belə bir açıqlama Britaniya hökuməti tərəfindən edilib.
Müvafiq razılaşmanı iki ölkənin daxili işlər nazirləri Priti Patel və Jerald Darmanin imzalayıb.
Müqavilənin imzalanması Fransa ilə Britaniya arasındakı təhlükəli sərhəd keçidlərinin sayının artmasından sonra labüd olub. Sənəddə qeyd olunur ki, Fransa çimərliklərində xidmət aparan polis əməkdaşlarının sayı Fransa sahillərindən qayıqların çıxmasına mane olmaları üçün iki dəfədən çox artırılacaq.