Almaniya ilə ABŞ arasında tez bir zamanda “Şimal axını – 2” layihəsi üzrə müqavilə bağlanacaq.

Bu barədə “The Wall Street Journal” qəzeti hər iki ölkə hökumətlərində olan mənbələrə istinadən məlumat yayıb.

Ağ Ev nümayəndələrinin fikrinə görə, “Şimal axını – 2”-nin hələ ilk inşası ərəfələrindən ona qarşı aparılan mübarizədən imtina Avropa ölkələri ilə, ilk növbədə Almaniya ilə münasibətləri yaxşılaşdırmaq məqsədi daşıyır.

“Şimal axını – 2” müqaviləsində qeyd edilir ki, Almaniya və ABŞ Ukraynada “yaşıl texnologiyalar” üçün infrastruktur yaratmaqda və inkişaf etdirməkdə, həmçinin yenilənə bilən enerji mənbələrində və onunla əlaqəli sahələrdə köməklik göstərilməsi məqsədilə 50 milyon dollar sərmayə yatıracaqlar.

Bundan başqa, ABŞ və Almaniya Rusiyanın Ukraynadan qaz tranzitini davam etdirməsini təmin etməyə çalışacaq. Bu tranzit Ukraynaya 3 milyard dollar qazandıracaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN