Rusiyanın paytaxtında fəal şəkildə təşviqat aparmağa və Qafqazdan və Orta Asiyadan gələn miqrantları Ukraynaya qarşı müharibəyə cəlb etməyə başlayıblar.

Tezadlar.az Qırğızıstan KİV-lərinə istinadla bildirir ki, belə vərəqələr ötən gün metronun “Vıxino” stansiyasında miqrantlara paylanılıb. Bu barədə “Sota” dərgisi öz abunəçilərinə istinadən yazıb. Qeyd olunur ki, “təşviqatçılar” bu cür vərəqələr verilən şəxslərin vətəndaşlığı ilə maraqlanırlar. Belə ki, təbliğat materialı paylayanlar qəsdən miqrantları axtarırmışlar. Vərəqələrdə Rusiyanın guya KTMT ilə birlikdə Ukraynada müharibə apardığı və müharibədə iştirakının “tarixə xeyir tərəfdə düşmək üçün bir fürsət” olduğu iddia edilir. Amma xatırladaq ki, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Ukrayna ilə müharibəyə heç bir aidiyyatı yoxdur.Moskvada olan soydaşlarımızın bir neçəsi ilə əlaqə saxladıq. Onlar da bu faktı təsdiqlədilər...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN