I yazı

ŞƏHİDLƏR OYANIŞA VASİTƏDİR! Çoxları elə düşünür ki, insan şəhid oldusa, öldü və görəvi bitdi. Şüurlara yerləşdirilən bu yanaşma səhvdir. ŞƏHİDLƏR BİLİNMƏZLİK ALƏMİNDƏN CƏMİYYƏTLƏRİNƏ POZİTİV TƏSİR GÖSTƏRMƏKLƏ DƏ GÖRƏVLİDİR! Bu, sözə sığmaz qəlb, ruh yaşantısıdır.

Qədər-qismət, nəsiblənmə sözlərdə, cümlələrdə gizlidir. Bu səbəbdən bəşəriyyət adlandırılan insan sürüsü öncə ideologiyalaşdırılan sözlərlə yönləndirilir. Söz məlumdur ki, insanlararası ünsiyyət vasitəsidir. Təbiət, nəbatət və s. sahələrdəki hər canlının öz dili, alqoritması mövcuddur.

Qədər-qismət, nəsiblənmə sözlərdə, cümlələrdə gizlidir. Bu səbəbdən bəşəriyyət adlandırılan insan sürüsü öncə ideologiyalaşdırılan sözlərlə yönləndirilir. Söz məlumdur ki, insanlararası ünsiyyət vasitəsidir. Təbiət, nəbatət və s. sahələrdəki hər canlının öz dili, alqoritması mövcuddur.

Söz İlahi atributdur. Kainat frekanslardan yaradılıb. Qadiri-Mütləq frekanslarla idarə, nəzarət edir. Bilik və sevgi yüksək frekansdır. Həqiqəti nə qədər və hansı biliklə sevirsinizsə, insanın frekansı da o olur. Ruhunu, əhvalını yüksək tuta bilməkyüksək frekansdır. Frekans bir saniyədəki titrəşimin sayına deyilir. Təsadüfi deyil ki, “Ol!” sözü ilə yaratdı Yaradan. “Qurani-Kərim”də yazılır: “Hər şeyi ölçü ilə yaratdıq”. Hər sözün, hərfin, rəqəmin öz frekansı olur. Rəqəmlər frekans harmoniyasının simvolları, frekans sıralanmasıdır. Kainatda İlahi riyaziyyat tərtiblənib. Təsadüfi heç nə yoxdur.Titrəşimlər artanda anlayış şəkilləri də yüksəlir. Gölə daş atanda necə böyüyən dalğalar yaranırsa, söz də belədir, kainatda dalğalanır. Söz sehir -yazı möhürdür. Məhəmməd Peyğəmbər (s) buyurub: “Sözü zəncirləyin”. Bəli, hər şey titrəşimlərlə, frekanslarla qeyd olunur. ”Qurani-Kərim” insan şüurunun təkamülünə, inkişaf yüksəkliyinə buraxılmış kitabdır. Şüur yüksəldikcə yeni dərin mənaları, hikmətləri açılır Quranın. Həyatda da belədir, frekans yüksəldikcə insan İlahi hikmətləri daha dərindən mənimsəyib dərk edə bilir. Sevgi frekansında olan sevgisini, nifrət frekansında olan nifrətinin duyğularını yayar. Yəni, insan hansı ovqatda olursa, həmin ovqatın yaratdığı təsirləri paylayır. Simpatiya duyulanda empati yaranır. Bunların nəticəsi isə telepatiyaya gətirə bilir.Gələcəkdə insanlararası ünsiyyətdə telepati özəlliyi önə çıxacaq.

Təzadlar...

Ad-güclü və zəif tərəfləri ilə özəlliyi göstərir. Doğum tarixi isə hansı yolla necə gediləcəyini... Yəni, həyat görəvini. Qəzetin də insan kimi adı və doğum tarixi olur:

Özgəsi deyilsən, özün kimisən,

Özün öz dərdinə çözüm kimisən.

...Həyat yaşanan əlaqələrlə şəkillənir. Kainat insanla istənilən vasitə ilə əlaqəyə girir.Yuxu, musiqi, sənət, bəla-müsibət, sevinc, yazı-pozu, kitab, qəzet və sairələrlə.”TƏZADLAR” ən yeni Azərbaycan tarixi və mətbuat tarixinin inkar edilməz bir parçasıdır. İndiyə qədər 30 illik arxivi mövcuddur. Heç bir yerdən maliyyə dəstəyi almadan azsaylı redaksiya heyəti üzvlərinin çalışqanlığı, köməyi ilə ərsəyə gəlib fəaliyyət göstərib. Üzvlər də heç bir partiyaya mənsub olmayıb.

Azərbaycan insanına torpaqları kimi səxavətli, zəngin olduğunu xatırladan analtik yazılara ehtiyacı var. Acı da olsa, 30 ildə müşahidə edilən bir gerçəyi deyim: Azərbaycanın qüzeyli-güneyli biganə qaldığı xətalarından öndə gələni və başqa sıxıntılara yol açanı düşmənlərini gücləndirməsidir. Çox üzüntülüdür ki, super etnos olduğu halda, Azərbaycan türklüyü zamandan, dünya gedişatından xeyli geri qalıb. Təsəlli bu ki, bu acınacaqlı fərq düzələcək, ancaq itkilər hesabına... Düşündürücüdür, nə qədər çoxtərəfli itkilər olar? Azərbaycan xalqı dünya xalqları içində çoxşaxəli itkilərinin miqyasına görə liderdir. Yetməzmi? Fəxrlə tolelantlıq deyilir. Tolelantlıq böyük etnosun ziyanına, azsaylıların xeyrinədir. Olsun, güzəşt edək, anlayaq. Ancaq anlayış qarşılıqlı olmayanda anlayışsızlıq olur. Əcaib deyilmi, azsaylılar böyük etnosların üzərində hegemonluq edir?

İstəklə verilməz, ya haqq alınar,

Ya da əsirliyə o xalq alınar...

Azərbaycan türklüyü xəyal dünyasında indiyə qədər özünü aldatmaqla məşğul olub. Humanizm yaxşıdır, qarşılıqlı ola. İndi baxın, yeni sınaqlar dövrü başlayır. Sistem sınaqları. Güc dəngələri (balansları) bütün dünyada pozulub.Yenidən şəkillənəcək. Şüurların təkamülündə yeni mərhələ olacaq. Diləyimiz bu ki, Azərbaycan bu prosesdə haqq etdiyi layiqli yerini tutsun.Nə qədər şəhid vermək olar?Hər şeyin qədəri, sərhədi olmalı deyilmi? O başqa məsələdir ki, ŞƏHİDLƏR OYANIŞA VASİTƏDİR! Çoxları elə düşünür ki, insan şəhid oldusa, öldü və görəvi bitdi. Şüurlara yerləşdirilən bu yanaşma səhvdir. ŞƏHİDLƏR BİLİNMƏZLİK ALƏMİNDƏN CƏMİYYƏTLƏRİNƏ POZİTİV TƏSİR GÖSTƏRMƏKLƏ DƏ GÖRƏVLİDİR! Bu, sözə sığmaz qəlb, ruh yaşantısıdır.

Son 30 ildə “Təzadlar”ın haqqı qəzet olaraq dilə gətirilməyibsə, nələri isə deməyə, haqlı deyilikmi?

Əziz Allah hər yandadı,

Zamanüstü hər andadı.

Ruh örnəkdi, o, candadı,

Düşün, anla sirri nədir,

Ruh gedəndə bədən gedir?

“Təzadlar” düşüncə qəliblərinin, standartlarının xaricinə çıxıb bəzən də tərs psixoloji ilə sözünü deyib. Bir zamanlar cəmiyyətin gerçək sözə daha çox ehtiyacı vardı.Buna görə də o zamanlar həqiqətləri yazmaq eşqi ölüm, həbs qorxusundan çox-çox üstün idi “Təzadlar” üçün. Daxilən zənginlərin içi işıqlı olur. Belələri üçün zülmət, qaranlıq, ölüm qorxusu yox kimi ola bilir məqamına görə. Ölmədən öncə ölmək ölümü öldürməkdir. Cəsəd torpağa girmədən öncə ölməzlik üçün Allahda olmaqdır. Ölüm dünya boyutundan (sahəsindən) başqa boyuta keçməkdir.

...“Təzadlar” xüsusən 90-cı illərin əvvələrindən sonuna qədər ictimai çaxnaşma zamanlarında cəmiyyətdəki qaranlıqları işığa məruz qoyan özünəməxsus üslubu ilə tanındı. Elə bir həftə olmadı ki, xalqımızın qəlbində sevgi-sayğı anımları ilə yaşayan Mirzə Xəzər Avropadan gözəl, nadir səsi ilə deməmiş olsun ki, ““TƏZADLAR” yazır...”. Bəli, hər ölkənin paytaxtı olan kimi, hər insanın da vicdan adlı mərkəzi olmalıdır.

...“Təzadlar”da üç-onillik yazılarımız var. Nə alqış, nə təşəkkür gözlədik. Vicdanımızdan da utanmadıq ki, əsas olan da budur. 30 illik ardıcıl fəaliyyətimiz göstərdi ki, böyük dəyərlər uğrundakı yaradıcı mübarizəmizdən vaz keçmədik. Yamanlıq yamanlığından vaz keçmirsə, təbii ki, yaxşılıqdan da qətiyyən vaz keçilməz. Yaxşılıq etdiklərimizin bəziləri yaxşılığa layiq olmasalar da, bizlər özümüzü yaxşılıq etməyə layiq olduğumuzu dəyərləndirib Allaha şükranlıq duyğuları ilə çalışdıq.Qəzet öz səhifələrində xoş niyyətlərlə çoxlarına özünü olduğu kimi ifadə etmək imkanı tanıdı.

Ey həyat, sən bizə xeyli tanışsan,

Keçidsən, sınaqla dolu yarışsan.

İdrak etməyənə hey aldanışsan,

Bizlər bu səfərə ömür deyirik...

Bəli, zərurətə nəzarət yarananda yaşamaq, yaratmaq imkanları, şansları da yaradılmış kimi olur. İnsan elə bir möcüzə varlıqdır ki, beynində fərqindəlik (fərqinə varmaq) qəlibləri olur. Müsbət, pozitiv ruh halında qalmaq lazım ki, səbrli, xoşniyyətli olasan, enerjilərin parçalanıb boşuna getməsin, qərarlı olasan. Qərarlı olmağın özündə güclü enerji olur. Tərəddüd enerjini parçalayırsa, qərarlılıq artırır. “Təzadlar” fəaliyyəti ərzində gəldiyi qərarları ilə Azərbaycana xidmətdən yorulmadan zövq alıb, zehinləri, qəlbləri ilhamlandırmaları ilə bəslədi. Tarixdə imzası olanlar çox sınaqlardan keçər. Əlbəttə, bu sınaqlarda uğur da, uğursuzluq da, pozitiv də, neqativ də ola bilir. Önəmli olan isə görəvdir.

...“Təzadlar” içindən gələnləri bacardığı qədər gerçəkləşdirə bildi. Ağır bəlalar, sınaqlarla insanlara gəlir ki, onlardakı potensialı ortaya çıxarsın. Çalışmaq zəhmət çəkmək, ağrımaq lazım, sınaqların qınaqlara çevrilməməsi üçün...

Kimlərinsə zirvəsində, yüksəkliyində gözümüz olmadı. Əksinə, tərənnüm etdik. Bizə aid olan zirvə isə elə bizim vasitəmizlə xalqımızın xidmətində duran “Təzadlar” oldu.

Ağla-qara, kölələrlə azadlar,

Təzadlardır, təzadlardır, təzadlar...

Min-bir yaxşılığının heç birini dilə gətirmədən qarabuğdayı insanların “qara siyahı”sına, “reket” damğalarına gələndə isə açığı arxamızdan sifarişli qeybətlərlə danışanların önümüzə çıxacaq hallarını görmədik. Və oda var ki, zaman onları tanıtdı. Əlbəttə, gerçəyin özünü gerçəkləşdirmə vərdişi olur...

Təbii ki, “Təzadlar”ın xeyli işləri redaksiyadan asılı olmayan səbəblərə görə yolunda getmədi. Ancaq yaradıcı kollektivi “Təzadlar”ın xalqımıza, vətənimizə, dövlətimizə xidmət yolunda getdi və getməkdədir. O, xalq içində haqq ilə, haqq üçün də xalq ilə oldu... Təzadlar ölkəsində qəzetin adının “Təzadlar” olması da düşünülməmiş deyil. Qarabağ dərdi fonunda görəvimiz Azərbaycan təzadlarını yazmaq olub. Bu başqa məsələdir ki, şüur səviyyəsi fərqli olduğuna görə anlayışlar da, anlaşılmazlıqlar da fərqli ola bilir. “Təzadlar” 30 ilə yaxındır ki, ön səhifə başlığında Qarabağ şüarı ilə oxucuların görüşünə gəlir. Bəli, biz “Təzadlar” vasitəsilə xalqımızın istifadəsinə həyatımızın əsla geri qaytarılmayacaq. 30 illik bölümünü verdik. Bəs bizə damğa vuranlar xalqımıza, dövlətimizə, vətənimizə nələr verdi, almaqlarından başqa? Əlbəttə, yaxşısını Allah bilər. Ancaq biz də bildiklərimizi sıralamağa ehtiyac duymuruq. Biz qüsurları deyil, yaxşılıqları görməyə vərdişkarıq. Bu səbəbdən “Təzadlar”ı qara niyyətlərlə “qara siyahı”ya salanları “süddən çıxan ağ qaşıq” kimi adbaad tanıtmağa ehtiyac duymadıq. Belələrinə vaxt itirməyə vaxtımız da olmadı.

Fövqəladə durumlar fövqəladə çözümləri gərəkli edir. 90-cı illərdən başlayaraq cəmiyyətdə aktiv halda olan qorxu enerjisini azaltmağa bütün varlığı ilə xidmət edən qəzet kimlərinsə şər-şəbədələrindən, şantajlarından iynə ucu qədər də sarsılmaz.

Redaksiya heyətində Azərbaycanımızın böyük övladlarının imzalarına baxın. Kimlərsə o möhtəşəm, nurlu insanların ruhalarına iynə ucu qədər xələl gətirəcəyimizi düşündüsə, buhəmin düşünücə sahiblərinin yanlışlığıdır. Belə insanlar hələ də anlaya bilmədilər ki, neqativ duyğular yaşayanda insanın beyni kiçilir və büzüşür. ”Təzadlar” qəzetinin kollektivi pozitiv yayırsa, neqativə nə ehtiyacı? Bizim Allahın şahidliyi ilə əziz xalqımıza və qələmimizə verdiyimiz sözə sadiq qalmaqdan başqa yolumuz yox! “Qurani-Kərim” də qələm surəsi var. And olsun qələmə!

Lotos çiçəyi bataqlıqda bitir. Ferkansını buraxıb ağappaq, tərtəmiz qalır.Ona görə qutsal (müqəddəs) çiçək sayılır. Azərbaycan lotos çiçəyi kimi müqəddəsdir.Böyüklüyün sevinci də, ağrı-acıları da böyük olur.

DƏYƏRİNİ DƏYƏRLƏNDİR,

DƏRDİN-SƏRİN BİL, NƏDƏNDİR...

Nəyi gözləyirsən, onu yenə gözləyərsən. Gözləmə - özü gələcək, gözlədiyin gözlədiyində gizlənir. Bilikli olduğun qədər dəyərlisən. Bilk üstündürsə, bilikli də üstün olur. İnsanın özünü kəşf etməsi ən gözəl kəşfdir.

LAYİQSƏNSƏ ÖZÜNÜ SEÇ ÖZÜNDƏN,

LAYİQLİYİN SEÇİLƏCƏK SÖZÜNDƏN.

Yaşlılıq, qocalıq enerjisini qəbul etməyənlər bioloji yaşına görə cavan görünür. Səbəbi özlərini cavanlıq enerjisi ilə bəsləmələri, ruhlandırmaları və xəyal etmələridir. 30 il bir igidin ömrü olsa da, “Təzadlar” cavanlıq enerjisi ilə yaşayan qəzetdir. Ən əsas özəlliyi də Allahı və ölümü unutmamasıdır. Zaman keçmişi, indisi, gələcəyi olan qavramdır. Biz ona duyğu, anlam qatırıq. Hər kəsin özündən-özünə yolu var. Gərək bu yolun yolçusu olasan. Allahın izini ilə yolumuza davam edəcəyik.

İstəkli oxucularımıza sayğılarımız, sevgilərimizlə...

P.S Türkiyə Cümhuriyyətinin oyanışı Allahın izni ilə Türk dünyasına şaxələnəcək!

Nizami Süleymanoğlu

nizami-yeni

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN