Azərbaycan Ordusunun Füzulinin Yuxarı Veysəlli, Xocalının Sığnaq yaşayış məntəqələri və Şuşa ətrafındakı mövqeləri atəşə tutulur, Qarabağa sülh yaratmağa gəlmiş Rusiya sülhməramlıları isə susur…

Qarabağda nə baş verdiyini, deyəsən, rəsmi Moskvadan başqa hələki kimsə bilmir. 2020-ci ilin Paşinyan kapitulyasiyasından dərhal sonra Rusiya Qarabağda 1990-cı illərdən yaratdığı qarışıqlığı və müharibəni yatırmaq missiyasını boynuna götürdü. Yəni, diz çökən Ermənistanla qalib Azərbaycan arasında sülh yaratmaq vəzifəsini hüquqiləşdirdi. Əslində, Rusiya bu müharibədə Ermənistanı xilas etməklə, həm də 30 ildən sonra Qarabağa, yəni Azərbaycana öz qoşunları ilə təşrif buyurmasını de-yure təsdiqləmiş oldu.

Olsun! Kor nə istər: iki göz, təki biri Ermənistanınkı kimi əyri, Azərbaycanınkı kimi düz olsun!

Amma hələki ortada düz olmayan başqa məsələlər var. Sülh və ya barışıq müqaviləsi bağlanandan Ermənistan sakit dayanmır. Qayda var, məsələn, boksda nokauta salınan qələt eliyib bir də rəqibinə qarşı yumruq atmır. Ermənistan daha betərindəndir. Az qala hər gün Qarabağ çöllərində dronlarımıza yem olmuş hərbçilərinin qalıqlarını tapıb xaxaricə tanıtmaya göndərir. Belələrinin sayı iki mini ötüb. İndi sual olunur: meyitə və qalıqlara dönmüş Ermənistan ordusunda bu cəsarət və silah hardandır ki, hər gün mövqelərimizi atəşə tutur? Bəlkə atan elə kazaklardır?! Məsələn, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyimiz bu barədə rəsmi məlumat yayıb. Avqustun 13-də saat 02:30-dan etibarən isə Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqelərimizi atıcı silahlardan atəşə tutublar. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Yəni, Rusiya sülhməramlılarının burda barmağı var, ya yox, bunu yerdə ordumuzun kəşfiyyatçıları, göydə isə oralara nəzarət edən dronlarımız deyə bilər. dubaixdate

İndi nə edək: 10 noyabr müqaviləsini pozaqmı??? Bəlkə həqiqətən də pozaq və deyək ki, Rusiya sülhməramlıları, siz sülh yox, atəşkəsin pozulmasını bölgəyə təkrar gətirdiniz. İcazə verin bu sülhü sonadək özümüz Qarabağa gətirək…

Asif MƏRZİLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN