Xəbər verildiyi kimi, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda uzun müddətdir terror əməlləri ilə məşğul olan separatçı erməni tör-töküntülərinə bu gün anti-terror əməliyyatı elan etdi.

Artıq rəsmi bilgilər bundan ibarətdir ki, bu dəqiqələrədək Qarabağda bu anti-terror əməliyyatları davam edir, Ermənistan paytaxtı İrəvanda mitinqlər başlayıb, Qarabağ separatçıları isə rəsmi Bakı ilə danışıqlara başlamaq arzusunu bildirir... Rəsmi Moskva isə hələki bu məsələdə susur, proseslərə müdaxilə etmir.

***

Bəs əslində bu anti-terror əməliyyatı nəyə köklənib? Azərbaycan nə etməlidir? Bu bir şansdırmı? Tanınmış politoloq, Baş Ədliyyə müşaviri Adil Minbaşı Türkiyədən "Təzadlar»ın suallarını cavablandırır:

-Adil bəy, vəziyyəti necə xarakterizə edərdiniz?

-Xəbər verildiyi kimi, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda uzun müddətdir terror əməlləri ilə məşğul olan separatçı erməni tör-töküntülərinə qarşi bu gün anti-terror əməliyyatına başlamışdır. Erməni xalqı da òz milli və dòvlətçilik maraqları naminə Azərbaycanın bu mòvqeyini dəstəkləməlidir. Və 30 ildən çoxdur ki, bölgədə òz maraqlarını qorumaq naminə silahlı mùnaqişə yaratmaq üçün alət kimi istifadə etdikləri bu siyasi və silahlı terror tör-tökuntülərinin nəinki Qarabağdan, hətta Ermənistan ərazilərindən qovulub çıxarılmasına  nail olmalıdırlar... Əks halda, daha ağır nəticələrə qatlaşmalı olacaqlar... Ermənistan əhalisinin böyük bir qismi müharibənin yenidən başlamasından ehtiyat edir və bunu istəmirlər. Lakin «Daşnaksütun» kimi millətçi-terrorçu qruplar, itirilmiş hakimiyyətlərini qaytarmaq uğrunda mübarizəni dayandırmayan Qarabağ klanı və xarici dövlətlər və erməni diasporası tərəfindən maliyyələşən qruplar maliyyə qaynaqlarından məhrum olmamaq üçün yalnız öz maraqlarından çıxış  edərək qarşıdurmanın və müharibə vəziyyətinin saxlanılmasına çalışırlar. Bu səbəbdən də sülh danışıqlarının pozulması üçün bütün imkanlardan, eləcə də hərbi vasitələrdən istifadə edirlər. Bunun erməni xalqı və dövlətçiliyi üçün nə dərəcədə ağır nəticələr doğuracağını sadə vətəndaşlardan daha dəqiq, ən xırda incəliklərinə qədər bilən Paşinyan bu təhlükələrin aradan qaldırılması üçən sülh müqaviləsinin bağlanmasına, bununla da ölkənin gələcək inkişaf imkanları üçün Türkiyə və Azərbaycanla sərhədlərin açılması, Ermənistanın təcrid vəziyyətindən çıxaraq regional və  beynəlxalq layihələrə qoşulması ůçün çalışmasına cəhd edir. Lakin erməni xalqı tərəfindən kifayət qədər başa düşülmədiyindən və dəstək ala bilmədiyindən əks qüvvələrin müqavimətini qıra bilmir. Bunun əsas səbəblərindən biri budur ki, sadə xalq müharibənin başlanmasını istəməsə də hadisələrrin onlardan "uzaqda"- Qarabağ bölgəsində baş verəcəyini düşüncəsi onlarda real təhlükəyə  adekvat və aktiv reaksiya instiktini zəiflədir. Onlar bilməlidirlər ki, atəşkəs rejiminin pozulması və  silahlı hücumlar təkcə Qarabağdakı separatçıları  tərəfindən deyil, Ermənistan ərazisindən və Ermənistan silahlı qüvvələri tərəfindən reallaşdırıldığı üçün müharibə yenidən başlarsa,  Azərbaycan BEYNƏLXALQ HÜQUQLA TANINMIŞ SƏRHƏDLƏRİNİN VƏ ƏRAZİ BÜTÖVLŪYŰNÜN TƏHLÜKƏSİZLİYİNİN  TƏMİNİ ÜÇÜN HƏRBİ ƏMƏİYYATLARI ERMƏNİSTAN ƏRAZİSİNDƏ APARMAQLA QARABAĞ VƏ ZƏNGƏZUR  SƏRHƏD ZOLAĞINDA TƏHLÜKƏSİZLİK ZOLAĞI (BUFER ZONA) YARATMAQ MƏCBURİYYƏTİNDƏDİR. BEYNƏLXALQ HÜQUQ NORMALARI DA BUNA İMKAN VERIR. 

Beləliklə, Ermənistanda yaşayan ermənilərin buna qətiyyən şübhələri olmasın. Necə ki, ermənilər haqsız olsalar da keçmiş «Dağlıq Qarabağ» ərazisinə iddia edərkən özlərinin təhlükəsizliyi adı  altında iddia etdikləri ərazidən kənar Azərbaycanın 5 rayonunu işğal etmişdilər və bu torpaqları 30 il işğal altında saxlamışdılar, biz də eyni üsul və hüquqdan istifadə etməliyik! Təbii ki, bundan sonra biz də sülh müqaviləsinin bağlanmasına tələsməyəcəyik. 30 il sürər, 50 il sürər, buna baxarıq!

Dinlədi: Asif MƏRZİLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA