Özünü Donetsk Xalq Respublikası elan edən Xalq Şurasının (Parlament) deputatı Alexander Bykadorov Qərbin Ukraynaya marağının yaxın zamanda itdiyini açıqlayıb.

Deputat bu barədə RİA Novosti agentliyinə danışıb. Onun sözlərinə görə, 10 ildən sonra Ukrayna olmayacaq.

"Parçalanma artıq başlayıb və yalnız bundan sonra daha da sürət qazanacaq. Krım, Donbass respublikaları artıq öz yolu ilə gediblər, Rusiya ilə ayrılmaz şəkildə bağlıdırlar. Xarkov, Odessa, Dnepropetrovsk, Zaporojye, Xersona gəldikdə isə məqsəd oradakı nasist xuntasının müqavimətini əzməkdir. Amma bu sonsuza qədər davam etməyəcək" - Bykadorov deyib.

Həmçinin, Bykadorov Ukraynanın bir dövlət olaraq yaşaya bilməsi üçün təkliflər də verib. Onun fikrincə, Ukrayna siyasi vektorlarını dəyişməli, eyni zamanda Qərb ilə münasibətlərinə də yenidən baxmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN