Fox News-un verdiyi xəbərə görə, ABŞ prezidenti Co Bayden Ağ Evdə Əfqanıstana həsr olunmuş  brifinqdə bəzi açıqlamalar verdikdən sonra jurnalistlərin suallarına cavab verməli imiş.

O, Əfqanıstandakı vəziyyət barədə məlumat verib və bildirib ki, Əfqanıstan paytaxtında baş verən və 12 ABŞ hərbçisinin ölümünə səbəb olan terror aktı İŞİD-in Xorasan qolu tərəfindən törədilib.

O, hadisənin səbəbkarlarının tapılıb cəzalandırılması üçün ABŞ-ın əlindən gələni edəcəyinə söz verib.

Bayden həmçinin, bugünədək 70 mindən çox insanın təxliyə edildiyini və müvafiq əməliyyatın davam edəcəyini bildirib.

Bütün bu rəsmi xəbərdən sonra jurnalistlərin sual vermə vaxtı gəlib. Keçən dəfəki brifinqdə o, jurnalistin sualına cavab verməmiş zalı tərk etmişdi.

Bu dəfə NBC-nin jurnalisti soruşur ki, əgər amerika hərbçiləri 31 avqusta kimi Əfqanıstanı tərk edə bilməsələr, o nə edəcək?

Bayden gülümsəyir və bir neçə saniyə fikirləşdikdən sonra  jurnalistə deyir: “Zəng edəcəyim ilk adam siz olacaqsınız”. O, daha sonra nəsə demək istəyəndə Ağ evin əməkdaşları mikrofonu söndürüblər. Respublikaçılar Baydenin bəzi qeyri-adekvat cavabından ehtiyat edərək, mikrofonu söndürmək məcburiyyətində qalıblar.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN