Bu gün Qazaxıstanın paytaxtında Azərbaycan və Rusiya prezidentlərinin görüşü baş tutub.
Tezadlar.az "Kazaxıstanskaya pravda"ya istinadla bildirir ki, Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü başa çatıb. Rusiya Prezidenti Vladimir Putin Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13% artıb. Eləcə də Azərbaycanla digər sahələrdə də uğurlu irəliləyişlər vardır.
Xatırladaq ki, hər iki prezidentin Astana görüşü barədə Qazaxıstanın "Kazaxıstanskaya pravda" portalı da geniş məlumat paylaşıb.
A.Məmmədli