"Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilinin komandası onu hakimiyyətə ictimai təzyiqin köməyi ilə tələb olunmaqla, əfv yolu ilə həbsxanadan azad etmək istəyir".

Bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəkili Beka Basilaya mətbuata açıqlamasında bildirib.

Vəkil iddia edib ki, keçmiş dövlət başçısı barədə işlər siyasi motivlər üzrə qaldırılıb: "Ona görə də sabiq prezidentin azad edilməsi siyasi məsələ olacaq. Hər necə də olsa, Mişa Saakaşvili yeni gürcü dövlətinin yaradıcısıdır. Demokratik ölkələr onu siyasətçi kimi qəbul edir, Avropa Birliyində deputatlar və ABŞ senatorları onunla görüşürlər”.

Hüquqşünasın fikrincə, Qərb belə təqibə çox dəqiq reaksiya verməli olacaq və Gürcüstan rəhbərliyi onu həbsxanadan buraxacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN