Türkiyədə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemi olan HİSAR O+ sınaqdan keçirilib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir Tvitterdə məlumat verib.

Bildirilib ki, sınaq atışları ilə davam edən uzun mənzilli hava hücumundan müdafiə sisteminin 2023-cü ildə istifadəyə hazır olması gözlənilir.

Qeyd edək ki, HİSAR O+ Prezident Administrasiyası yanında Müdafiə Sənayesi layihəsi olaraq Aselsan-Roketsan ilə əməkdaşlıqda yerli və milli səviyyədə hazırlanıb. Döyüş başlığı isə TÜBİTAK SAGE tərəfindən hazırlanıb. 360 dərəcə effektivliyə malik olan sistem eyni anda ən azı 9 hədəfi vura və atəşə tuta bilir. HİSAR O+ sisteminin qarşısının alınması məsafəsi 25 km-ə çatır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN