Dövlət məmuru Reyhan Qalimyanova rusların Tatarıstanın Aktanış bölgəsinə gəlməsi barədə danışdığına görə işdən çıxarılıb.
Tatarıstanın Aktanış rayon başçısının müavini Reyhan Qalimyanova “rusların gəlişi” haqda danışdığına görə vaxtından əvvəl vəzifəsini tərk edəcək.
Bu barədə ria.novosti-yə region prezidentinin mətbuat xidmətindən bildirilib.
KİV-in məlumatına görə, daha öncə bəzi teleqram kanalları Qalimaynovanın səs yazısını yayımlayıblar. Qadın həmin səs yazısında söyləyir ki, Aktanış bölgəsi “tatarların” sayılır və “hakimiyyət tatar milliliyini qoruyub saxlamaq üçün, bölgədə kilsələrin ortaya çıxmasını və rusların gəlməsini istəmir”.
Məlumatda qeyd edilir ki, o, bu sözləri ana dilində söyləyib.
Respublika başçısının mətbuat xidməti bildirib ki, dekabrın 29-da Şuranın növbədənkənar iclasında, vəzifəli şəxsin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi qaldırılıb.
Qeyd edək ki, məlumatlara görə, 1920-ci ilə qədər Aktanış rayonunun ərazisi Ufa vilayətinin Minzələ mahalına daxil olub. 1920-ci ildə Minzələ rayonu yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Ərazi 10 avqust 1930-cu ildə təşkil edilib. 1 fevral 1963-cü ildə Minzələ kolxoz-sovxoz ərazi-istehsalat idarəsinə verilir və 12 yanvar 1965-ci ildə yenidən Aktanış rayonuna çevrilir. Rayonun ərazisi 2.037,8 km²-dir.
Rayon rusların respublika ərazisində ən az olduğu yerdir (0.65%). Buna görə tatarların yüksək nisbətdə olması ilə xarakterizə olunur.
Y.MƏMMƏDLİ