Gürcüstanın keçmiş lideri Salome Zurabişvili keçmiş prezident adlandırılmamasını istəyib.
Tezadlar.az 1TV.GE-yə istinadən xəbər verir ki, o, bunu Hudson İnstitutunun Gürcüstan üzrə forumunun açılışı zamanı deyib.
Zurabişvili bunu institutun rəhbəri Con Uolterin onu Gürcüstanın keçmiş prezidenti adlandıran çıxışına cavab olaraq deyib.
"Çıxışınıza etməli olduğum yeganə kiçik, lakin böyük düzəliş odur ki, mən keçmiş prezident deyiləm", – o deyib.
Zurabişvili çıxışı zamanı özünü yeganə legitim prezident adlandırıb. O və Gürcüstan müxalifəti oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrini, nə də keçmiş futbolçu Mixail Kalevaşvilinin Seçicilər Kollegiyası tərəfindən prezident seçilməsini tanımır. Tbilisidə hakim “Gürcü arzusu” partiyasına qarşı etirazlar davam edir.
Bundan əvvəl Salome Zurabişvili Gürcüstan prezidentinin funksiyalarını yerinə yetirməyə davam edəcəyini açıqlamışdı. O, ölkənin böhran vəziyyətində olduğunu və bundan çıxmaq üçün yeni parlament seçkilərinin keçirilməli olduğunu da bildirib.
E.ŞİRİNOV