...Bir yarım əsr bundan əvvəl Amerikada dənizçilərin fiziki coğrafiyası kitabı nəşr edildi...

Bu kitab 1861-ci ildə rus dilinə tərcümə olundu. Kitabda yazılır ki, okeanda hər hansı daşqın olanda onun suyu sahilə çıxmaz, heç vaxt dayazlaşmaz. Okeanın sahili və dibi soyuq sudan ibarətdir. Okeanda olan ilıq su isə Qolfstrimdir. Mənbəyi Meksika körfəzindən qütb dənizinə qədərdir. Misissipi və Amazon çaylarından iti axır. Həcmi isə həmin çaylardan min dəfə böyükdür. Suyun rəngi körfəzdən Karolina ştatına kimi tünd-yaşıl rəngdədir. İlıq suyun adi suya qarışmasını gözlə görmək mümkündür.

 Avropalılar Qolfstimin haqqında məlumatı səyahətçi Xristofor Kolumbdan almışlar. Qolfstimin ilk elmi tədqiqatçısı Amerika alimi Franklin olmuşdur. Franklin su axınının təxmini xəritəsini yaratmışdır. İlıq və soyuq suyun bir-birilə toqquşması nəticəsində okeanda tez-tez duman olur. Bizim zamanımızda buz dağının okeanda hərəkətini izləmək üçün Amerika sahillərində olan xüsusi avadanlıqla təchiz olunmuş gəmilər və təyyarələr nəzarət edir. Tropik qasırğalar ən çox Antil dağlarında yaranır. Axırıncı 40 ildə iki yüz əlli ədəd qasırğa olmuşdur, yəni ildə 6 dəfə. Əgər duman olmasa, ilıq və soyuq suyun qarışmasını suyun rəngi ilə təyin etmək olar.

Qolfstrimin şimalı Atlantik axını Avropanın şimal hissəsinə çoxlu ilıq su gətirir. Bu da sahilyanı ölkələrin ab-havasına ciddi təsir edir. Norveçdə hesablanıb ki,  bu axından alınan istilik üçün dəqiqədə 100 min ton neft yanmalıdır.

Şimal-Atlantik axını Şimali Avropanın “sobası” adlandırılır. Kanar adalarından və Şimali Atlantikadan axıb gələn Qolfstrim çox əsrlər boyu dənizçilər üçün “butılka” poçtu xidmətini yerinə yetirmişdir. Belə ki, faciəyə düşən gəmilərin göndərdikləri butılkalar əsasən İngiltərə və İslandiyada tapılmışdır. Çünki Atlantik okeandan gələn gəmilər bu iki ölkədən keçir. Bəzən  “poçt butılkaları” dəniz və okeanlarda illər və əsrlərlə səyahət etmişlər. 1856-cı ildə Hibraltar boğazının sahilində kokslaşmış qətranla hopdurulmuş çəllək tapıldı. Burada Kolumb tərəfindən İspaniya kralına “Santa Mariya” yelkənli gəmisinin batması haqqında yazılmışdır. Böyük dənizçinin müraciəti okean sularında 350 il səyahət etmişdir. Heç vaxt heç kim bilmədi ki, Panfik gəmisi necə yox oldu. Bir neçə ildən sonra İrlandiyanın sahilinə məktub yazılmış butılka çıxdı. Yazılmış idi ki, “gəmi batır, hər tərəf buzla mühasirəyə alınmışdır. Mən bilirəm ki, qurtarmaq mümkün deyil, qoy dostlarım bilsin”. Bu hadisə Şimali Atlantikanın çox saylı hadisələrindən biridir.

1880-ci ildə Britaniya krallığına məxsus “Atlanta” adlı üç dorlu gəmi son kurs hərbi məktəb tələbələrini Kanadadan İngiltərəyə aparan zaman Baham adalarının sahillərində batdı.

Qolfstrim kədər, qəm hadisələrindən başqa insanlara şad xəbərlər də gətirmişdir. Amerikada yaşayan gənc mühacir İrlandiyada yaşayan sevdiyi qıza məktub yazıb möhürləmiş, butılkanı Missisipi çayına atmışdır. Çay butılkanı Meksika körfəzinə gətirir. Bir ildən sonra İslandiya sahilində olan kiçik körfəzdən məktubu tapıb qıza verdilər.

1970-ci ildə Amerikada yaşayan bir gənc evlənmək istəyir. İngiltərədə yaşayan sevdiyi qıza yazdığı məktubu möhürlənmuş butılkaya qoyub okeana atır. 11 aydan sonra məktubu tapıb qıza verirlər. Qız məktubu oxuyub teleqramla bu gözlənilməz hadisəyə cavab verir ki, “əzizim, razıyamQ.

Qolfstrim “poçt xidməti”ni bizim zamanımızda da davam edir. İndi butılkalarda olan sənədlər əsasən elmi poçtdan ibarətdir. Onun vasitəsilə okeanologiya mütəxəssisləri okeanlarda su axımının sürətini, istiqamətini və mövsümdə olan dəyişmələri öyrənirlər.

Okeanları şərqdən qərbə keçən çox saylı gəmilərin sərnişinləri Amerika sahillərinə açıq havada gəlsələr, onlar okeanda böyük zolaqlı enli göy su görəcəklər. İri okean gəmisi cənub dənizindən axan haşiyələnmiş dünyanın güclü okean çayının bədii ilıq suyu adlı Qolfstrimdir.

 İsa oğlu Məhəmməd

Böyük Qarakilsəli

(Məqalə “Təbiətin yüz möcüzəsi” kitabından tərcümə edilmişdir).

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN