Xəzərdə suyun səviyyəsinin enməsi barədə DÜNYA ALİMLƏRİNİN MÜXTƏLİF ŞƏRH VƏ İZAHLARI VAR... Lakin fakt odur ki, Xəzər getdikcə su səviyyəsini itirir. Səbəbləri barədə şərh və mülahizələr olsa da, qarşı alınmaz kimi görünür. Bəs nə baş verir? Necə olur ki, dünyanın bir tərəfini sel suları yuyub aparır, bir tərəfdə buzluqlar əriyir, digər tərəfdə isə quruma gedir???
Professor Saleh Məmmədov bu barədə özünün sosial platformasında maraqlı açıqlama və şərh yayımlayıb. Sitat: "...Tarixi təcrübədə bu cür enmə-qalxma çox olub. Hətta 70-ci illərdə oğru Aqanbekyanin başçılığı ilə Şimal dənizlərinin Xəzərə axıdılması üzrə 143 milyard dollarlıq layihə də yerinə yetirmişlər. Amma sonralar layihə başa çatmamış Xəzərin səviyyəsi öz-özünə sürətlə qalxmış və 90-ci illərin ortalarından etibarən yenidən çəkilməyə başlamışdı. Amma təbiətin dəyişikliklərinə ümid etmək olmaz. Xüsusi elmi tədqiqat qrupu yaradıb geniş tədqiqat işinə başlamaq lazımdır.
https://www.britannica.com/list/7-lakes-that-are-drying-up
x
Məsələ burasındadır ki, dünyada təbii və insan təsirlərindən dolayı öz-özünə quruyan göllər və dənizlər mövcuddur. Bir nümunə olaraq Boliviyada yerləşən "Poopo Gölü" göstərilə bilər ki, bu göl 2015-ci ilin dekabrına qədər quraqlıq, iqlim dəyişiklikləri və suyun suvarma və mədənçilik üçün yönləndirilməsi nəticəsində tamamilə qurumuşdu. "Xəzər Dənizi" barədə isə, bu dünyanın ən böyük daxili su hövzəsidir və su səviyyəsində əhəmiyyətli azalma müşahidə edilir. 1990-cı illərin ortalarından bəri Xəzər Dənizinin su səviyyəsi təxminən iki metr azalmışdır və əsrin sonuna qədər əlavə olaraq 9-18 metr azalacağı proqnozlaşdırılır. Bu azalma əsasən iqlim dəyişiklikləri, Volqa kimi çaylardan gələn suyun azalması və kənd təsərrüfatı və sənaye üçün suyun artan istifadəsi ilə əlaqədardır.
https://geographical.co.uk/.../the-caspian-sea-is...
Xəzər Dənizinin tamamilə quruması ehtimalı az olsa da, davam edən azalma ekosistemlərə, iqtisadiyyata və regional sabitliyə ciddi təhlükələr yaradır. Bu problemlərin həlli üçün səylər göstərilsə də, beynəlxalq əməkdaşlıq və davamlı su idarəetmə praktikalarına ehtiyac var...".
Deməli, Xəzərin də xilaskarı tapılmalıdır. İnanırıq ki, COP29 iştirakçısı olan ölkələrin rəhbərləri bu barədə real işi ortaya qoyacaqlar.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN