Həqiqətən də yaxşı mənzərə deyil ki, hətta təyyarə qəzasında həlak olanların da banka krediti var imiş...
Axı niyə banklar ölkə əhalisini borc-kredit məngənəsində sıxmalıdır? İqtisadiyyatı bu qədər güclü olan ölkənin vətəndaşlarının az qala ikidə birinin banklarda krediti var... Nə isə...
***
İndi məlum olur ki, Azərbaycan Mərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 25 dekabr 2024-cü il tarixində qəzaya uğraması nəticəsində həlak olan ekipaj heyətinin və sərnişinlərin banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silib. Sitat: "Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik".
Bizcə, həm də Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları adından, ABA və AMFA olaraq arzu edilməlidir ki, Azərbaycanda banklar vətəndaşları borca salmasın, onların maliyyə köməkçisi olsun, onları krizisdən çıxarsın...
A.Məmmədli