Baş nazir İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Gürcüstanda qeyri-sabitlik yaratmağa çalışmasına dair fikirlərinə münasibət bildirib.
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Kobaxidze jurnalistlərə açıqlamasında Makronun sözlərini yalan adlandırıb və ona diqqətini “qurban verilmiş və dağıdılmış” Ukraynaya yönəltməyi tövsiyə edib. Kobaxidze deyib: “Fransa Prezidenti məhv olmaq üçün qurban verdikləri Ukraynaya baxmalıdır. Mən əsl problemin nə olduğunu deyirəm. Yalanlara şərh verə bilmərəm. Mən hamının üzləşdiyi problemi şərh edirəm, bu, məhv edilmiş Ukraynadır”.
Məlumat üçün bildirək ki, dünən Fransanın Gürcüstandakı səfiri Şiraz Qəsri X sosial platformasında yazıb ki, Fransa prezidenti Emmanuel Makron Gürcüstanda yeni seçkilərin siyasi böhrandan çıxış yolu ola biləcəyini düşünür.
Bu arada, Fransa Afrika ölkələrindən geri çəkilməkdədir...
A.Məmmədli