Bakının Nəsimi rayonunda, Təbriz ( keçmiş Çapayev) küçəsində yerləşən məşhur "Şuşa" restoranı sökülür...

Bu barədı "Təzadlar"a adı çəkilən küçədəki kafelərin birində çalışan Rüstəm Əhmədov məlumat verdi. Hansı ki, bu restoran həmin küçədəki Şəhriyar adına parkın (keçmiş Dzerjinski parkı) ərazisində tikilmişdir, uzun illər idi fəaliyyət göstərirdi. Lakin restoranın niyə və nə səbəbdən sökülməsi barədə dəqiq məlumat yoxdur.

"Təzadlar"ın məlumat verən bəlli oxucusu isə bildirdi ki, bu ərazini hansısa məşhur şirkətlərdən biri park qarışıq alıb və burada çoxmərtəbəli bina tikiləcəyi deyilir: "Burada məşhur "Çanaqqala" kimi populyar ailəvi istirahət mərkəzi də var. Qonşuluqda isə vaxtilə çox məşhur "Məxməri" kafesi var idi. Onu da zorla uçurdub yerində göydələn tikdilər. Bu ərazidə birmərtıbəli köhnə həyət evləri də var. Onları ələ keçirmək istəyən işbazlar əhalini həyəcan içində saxlamaqdadırlar, az qala hər gün gəlib "Uçururuq ha..." deyib ərazini su qiymətinə almaq istəyirlər... Sakinlər danışır ki, onsuz da "Baku-Kastil" istirahət mərkəzindən başlayaraq bu ərazini (ADA Universitetinin qarşı hissəsi) kafe və restoranlara çeviriblər. İndi də onları söküb göydələn tikmək istəyirlər...".

Qeyd edək ki, "Turan" Agentliyi də bu barədə məlumat yayıb.

Əməkdaşlarımız sabah daha geniş məlumat əldə etməyə çalışacaqlar.

"Təzadlar"

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN