Ukraynanın xarici işlər naziri Kuleba Rusiyanı Türkiyənin Bayraktar pilotsuz uçan aparatları ilə  hədələyib

 MOSKVA, 21 İyun, /A Novosti/ Kiyev Ukraynaya hücum" etməzdən əvvəl Rusiyanın iki dəfə düşünməsi üçün Türkiyədən zərbəçi pilotsuz təyyarələr alıb.

"Pilotsuz təyyarələr Rusiyanın qarşısını almaq üçün lazımdır ki, Ukraynaya istənilən eskalasiyanı və ya irimiqyaslı hücumu planlaşdırmazdan əvvəl iki dəfə düşünsün..."-deyə nazir bildirib.

Kuleba əlavə edib ki, Ukrayna müdafiə üçün silah alır. "Əgər Rusiya bizimlə genişmiqyaslı hərbi münaqişəyə girərsə, onda biz özümüzü müdafiə etmək üçün Ukrayna ərazisinin istənilən hissəsində pilotsuz uçan aparatlardan istifadə edəcəyik", - deyə Kuleba Ukraynanın Donbassda pilotsuz uçuş aparatını tətbiq edilə bilərmi sualına cavab olaraq əlavə edib.

Bununla yanaşı, XİN başçısı iddia edir ki, Rusiya digər ölkələri Kiyevə silah satışından çəkindirmək üçün səy göstərir.

Kuleba, həmçinin, türk pilotsuz təyyarələrinin keyfiyyətini yüksək qiymətləndirib və onları Ukrayna mühərrikləri ilə təchiz etmək və istehsalı lokallaşdırmaq planlarını açıqlayıb.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN