Kiyev şəhər hərbi administrasiyası bütün mümkün Rusiya ssenarilərinə, o cümlədən Kiyevi ələ keçirmək üçün ikinci cəhdinə də hazır olduğunu bəyan edib...

Tezadlar.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Nikolay Jirnov Veçerniy müsahibəsində belə deyib... Sitat: "Düşmən itki versə də, Rusiya Federasiyasının böyük resursları var - həm insan, həm də texnika. Biz başa düşürük ki, düşmənə hazırlaşmaq üçün vaxt lazımdır. Amma biz həm də başa düşürük ki, onların məqsədi həm paytaxtı, həm də bütün əraziləri ələ keçirməkdir. Hazırda düşmən itkilərini artırır, ehtiyat toplayır və texnikanı təmir edir, istifadəyə hazırlayır. Məlumatımız var... Bunu dərk edərək, biz bütün mümkün ssenarilərə, hətta ən pisinə – Kiyevi ikinci dəfə hücum cəhdi ilə ələ keçirməsinə hazırlaşırıq”.
O, əlavə edib: “Baxmayaraq ki, biz başa düşürük, Kiyev siyasi və iqtisadi mərkəz kimi yaşamalı və sakinlərin müəyyən hissəsi qayıtmalıdır, lakin bu gün biz ilk növbədə yaşamaq üçün yeri olan qadınlardan, uşaqlardan, qocalardan xahiş edirik, şəhərdən kənarda qalıb hələki geri qayıtmasınlar, çünki rusların həm hava, həm də raket zərbələri təhlükəsi var. Və ümumiyyətlə, düşmən paytaxtı tutmaq məqsədindən hələki əl çəkməyib. Kiyevə təhlükəsiz qayıtmağın əsas şərti müharibənin başa çatmasıdır. Əks halda, hətta hərbi əməliyyatların intensivliyinin azalması da yuxarıda bəhs etdiyim təhlükələri üzərindən atmır...".

Həqiqətən də Rusiya sülhə deyil, müharibəyə hazırdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN