Avayev İ.Kant adına Baltik Federal Universitetinin qabaqcıl inkişaf Mərkəzinin "Karbon Vadisi" layihəsinin görkəmli iştirakçılarından biri olub. O, 26 mart 2021-ci ildə “RT-Karbon” MMC-nin baş direktoru kimi universitetin rektoru Aleksandr Fedorov ilə müqavilə imzalayıb.

İlkin ehtimala görə, bankir arvadını və qızını öldürüb, sonra da özünü öldürüb... 

Rusiyanın paytaxtı Moskvada “Qazprombank”ın 51 yaşlı keçmiş vitse-prezidenti Vladislav Avayev, onun 47 yaşlı arvadı Yelena və 13 yaşlı qızı Mariya mənzildə ölü halda tapılıblar.

Baza Telegram kanalı polisə istinadən xəbər verir ki, Avayevlər ailəsi Universitetski prospektində yerləşən evlərində qətlə yetirilib.

Poliisin ilkin versiyasına görə, Avayev həyat yoldaşını və qızını güllələyib, sonra isə özünü öldürüb. Polis bankın keçmiş vitse-prezidentinin əlində silah olduğu üçün belə qənaətə gəlib.

 Məlumatda bildirilir ki,  Avayevlər ailəsinin cəsədləri uzun müddət telefonla onlarla əlaqə saxlamağa çalışan qohumu tərəfindən aşkar edilib, lakin zəng edən zaman telefonu heç kim götürməyib.

Rusiya mətbuatından əldə etdiyimiz yeni məlumatlara görə, Avayev İ.Kant adına Baltik Federal Universitetinin qabaqcıl inkişaf Mərkəzinin "Karbon Vadisi" layihəsinin görkəmli iştirakçılarından biri olub. O, 26 mart 2021-ci ildə “RT-Karbon” MMC-nin baş direktoru kimi universitetin rektoru Aleksandr Fedorov ilə müqavilə imzalayıb.

2021-ci ilin sentyabrında bu ideyaya Rusiya Federasiyası hökumətindən infrastruktur krediti şəklində pul ayrılıb. Onun praktiki icrasının nə qədər irəlilədiyi məlum deyil.

Vladislav Avaev kartoteka.ru-nun məlumatına görə, “Karboniks” MMC-də 78% paya sahib olub. Qalan səhmlər Anastasiya Karneeva (10%), Yeqor Vislobokov (10%) və baş direktor Dmitri Makovkin (2%) arasında bölüşdürülür. Öz növbəsində, “Karboniks” MMC Kalininqrad vilayətinin Yantarnı kəndindəki Bereqovaya küçəsi 2 ünvanında qeydiyyatda olan “RT-Karbon” MMC-də də 66,6% paya sahibdir. Vladislav Avayev “RT-Karbon” şirkətinin baş direktorudur. Firmanın 2021-ci ildə heç bir gəliri olmayıb.

“Karboniks” sümüyü əvəz edən karbon implantları istehsal etmək niyyətində olub.

Qeyd edək ki, "Karboniks"in mənfəəti 2020-ci ildən düşməyə başlayıb.

Bu barədə FAB-ın mənbəsi məlumat əldə edib. Mənbə şirkətin iflas ərəfəsində olduğunu öyrənib.

P.S.Həyatda müxtəlif  cür, müxtəlif motivli qətl hadisələri  baş verir. Əlbəttə, ölən şəxsin əlində silah tapılması bəzi ehtimallara yol aça bilər, lakin məhz onun qatil olmasını sübut etmir. Sübut üçün isə hüquq-mühafizə orqanları araşdırma aparacaq.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN