Rusiya ilə Ukrayna arasındakı sülh danışıqlarında hələki susqunluq var...

Səbəb Rusiyanın Ukrayna üçün mümkünsüz şərtlər irəli sürməsidir. Dünən isə ABramoviç Ukrayna və Rusiya Federasiyası arasında danışıqları bərpa etmək üçün  yenidən təcili Kiyevə gəlib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Aİ və Britaniya tərəfindən sanksiyaya məruz qalan rusiyalmış oliqarx Roman Abramoviç Ukrayna ilə Rusiya arasında danışıqlar prosesini yenidən başlatmaq istəyir. Bu barədə Bloomberg də öz mənbələrinə istinadən faktı təsdiqləyib. KİV-də gedən ilkin məlumatlara görə, guya rusiyalı iş adamı Ukrayna danışıqlar qrupunun üzvləri ilə görüşüb və danışıqların bərpasının mümkün yollarını müzakirə edib.
Hansı ki, Kiyev vilayətinin, xüsusən də Buçada rus əsgərləri tərəfindən işgəncələrə məruz qalmış, öldürülmüş sakinlərin cəsədləri dünya mətbuatında dərc edildikdən sonra danışıqlar prosesi dayandırılıb. Bundan əlavə, martın 29-da İstanbulda nümayəndə heyətlərinin təkbətək görüşündə ukraynalıların səsləndirdiyi təkliflərlə bağlı Rusiya hakimiyyəti hələ də rəsmi cavab verməyib.
Qeyd edək ki, Abramoviçin köməkçisi isə Bloomberg-in Abramoviçin Kiyevdə olması barədə sualına isə cavabında bildirib ki, guya o, Kiyevdə deyil və əlavə şərh verməyib. Ukraynalı danışıqlar qrupunun üzvü Mykhailo Podolyak da şərh verməkdən imtina edib. Kremlin sözçüsü Dmitri Peskov da sorğuya cavab verməyib.
 Bu arada Prezident Vladimir Zelenski dünən aprelin 16-da ukraynalı jurnalistlərə müsahibəsində Abramoviçin danışıqlarda bitərəf tərəf olmadığını və Ukraynanın maraqlarının rusiyalı iş adamının maraqları ilə üst-üstə düşmədiyini bildirib. Bununla belə, ukraynalı rəsmilər onun köməyindən diplomatik nizamlanmada istifadə etməyə ümid edirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN