Azərbaycanda erməni vəhşiliyinin qurbanı olan jurnalistlərin, bloggerlərin... müharibəyə-minalara qurbanlığına susan "Sərhədsiz Reportyorlar" indi fəallaşıb.

Bu qurum indi Azərbaycanda həbs edilmiş bloger Eyvaz Yəhyaoğlunun dərhal azad edilməsinə çağırış edib. Təbii ki, haqsız və əsassız həbs varsa, belə də olmalıdır, blogger azad edilməlidir. Amma niyə adı çəkilən qurum indiyədək erməni terrorundan həlak olan jurnalistlərə dair də belə bir həyəcanlı bəyanat verməyib? Bu qurum mayın 12-də özünün Tvitter hesabında dərc olunmuş məlumatında deyir: "Mayın 9-da bloger Eyvaz Yəhyaoğlu polisə çağırıldıqdan sonra polisə "tabe olmama" ittihamı ilə 28 sutka həbs edilib. Bundan sonra onun vətəndaşların hüquqlarının pozulmasını işıqlandıran YouTube kanalına daxil olmaq mümkün olmayıb. "Sərhədsiz Reportyorlar" təzyiqi dayandırmağa və onu dərhal azad etməyə çağırır”.

 Bir daha soruşmaq lazım gəlir ki, tutulan bloggerin həbsli taleyindən narahatlığı anladıq, bəs erməni terrorundan ölən Azərbaycan jurnalistlərinin taleyindən niyə narahat olan yoxdur? Mən daha çox müharibə qaziləri və şəhidlərlə bağlı yazılar hazırlayıram, onların ailələri ilə təmas qururam. Amma hələki beynəlxalq qurumlardan kiminsə bu şəhid döyüşçülərin, jurnalistlərin... nədən və hansı səbəbdən öldürüldüyünü dilə gətirənininolduğunu görməmişəm. Niyə? Ölüm də də ikili standartlıq olurmu? 

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN