Erməni mətbuatı Paşinyanı və komandasını sərt tənqid edir ki, niyə…

…Bu bir tarixdir… Şanlı və qürurlu tarixdir! Ermənilər üçün qara rəngdə, Azərbaycan üçün isə qırmızı rəngində. Bu rəng şəhidlərimizin erməni işğalına son qoyarkən qəhrəmanlğını əbədi ifadə edən rəngdir!

 İndi həmin meydanda- Şuşanın Cıdır düzündə "Xarı bülbül" folklor festivalı keçirilir. Ermənistan mətbuatı isə xəcalət çəkə-çəkə yazır: "Baş nazir Nikol Paşinyanın zövcəsi Anna Akopyan Mehriban Əliyevanı Şuşaya muğam dinləməyə çağırmışdı. Əliyeva hazırda Şuşadadır, muğama qulaq asır və həyatdan zövq alır. O və həyat yoldaşı özlərini qalib sayır. Bəs Akopyan özünü necə hiss edir? O, hətta sosial şəbəkədə də heç nə yaza bilmir, susur".

 Bəli, indi nəinki Paşinyan susur, həm də Ermənistanı bu duruma salanlar susur. Arxasını Rusiyaya dayayıb yüz illər boyunca bütün zehni enerjisini saxtakarlığa, Azərbaycana və Türkiyəyə torpaq iddiası irəli sürməyə sərf etmiş Ermənistan indi niyə də susmaysın?! Tarix haqqın tərəfində olub həmişə. İşğalçının aqibəti həmişə belə olub-başı aşağı Ermənistan və onun Sarkisyanları, Koçaryanları, Paşinyanları kimi…

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN