Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb.
Bu barədə “Greek City Times” bildirib.
Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarından gedir. Bundan əvvəl siyahıya Avropa Birliyi ölkələri və Şengen zonası daxil edilib.