Müharibənin Öyrənilməsi İnstitutu (ISW) rus qoşunlarının Baxmut və Severskə hücuma hazırlaşdığını, lakin Lisiçansk uğrunda döyüşlərdən sonra uğur qazana bilməyəcəyini qeyd edib...

Tezadlar.az institutun hesabatına istinadla bildirir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın Lisiçanskı və Luqansk bölgəsi ilə sərhədini ələ keçiriləcəyini qeyd etmişdi və görünür, Rusiya ordusuna əməliyyat fasiləsi verməyi əmr edib. İnstitutun təhlil etdiyi məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri işğal olunmuş ərazilərin dərinliklərində dolayısı ilə atəş və ABŞ-ın təqdim etdiyi HIMARS ilə Rusiyanın hərbi infrastrukturuna getdikcə daha çox hücum edir. Xüsusilə, Ukrayna qüvvələri iyulun 4-də Xarkov vilayətinin Dubrovnı (cəbhə xəttinə yaxın) və iyulun 3-dən 4-nə keçən gecə Donetsk vilayətinin Snijne şəhərində (cəbhə xəttindən təqribən 75 km aralıda) Rusiyanın silah-sursat anbarlarına hücum edib. Melitopolda isə dörd rus sursat anbarı iyulun 3-də dağıdılıb.
ISW qeyd edir ki, Qərb tərəfindən verilən HIMARS Qərbin hərbi yardımının Ukraynaya yeni və çox ehtiyac duyulan hərbi imkanları necə təmin etdiyini nümayiş etdirir.

 Təbii ki, Rusiyanın istifadəsində olan yerli silahlar Avropa silahları ilə rəqabətdə uduzur. Bu isı Rusiyanın hərbi planlarını əksər hallarda mümkünsüz edir. Nəticədə itkilər günbəgün artır. Lakin Vladimir Putin Ukraynanı işğal etməkdə israrlıdır. ABŞ VƏ Avropa isı hələki buna imkan vermir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN