Pprezident Salome Zurabişvilinin sözlərinə görə, nə hökumətin, nə də müxalifətin atdığı addımların namizəd statusu almaqla heç bir əlaqəsi yoxdur.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, prezident bu barədə şəxsi sosial şəbəkələrində paylaşım edib. Onun sözlərinə görə, hakimiyyət də, müxalifət də milli razılığın əhəmiyyətini qəbul edir, lakin elan olunan planlar buna ziddir. “Bu qarışıqlıq fonunda bir məqam diqqəti çəkir: sonra kimin nə istədiyi aydın olacaq - Avropa istəyirlər, yoxsa hakimiyyət!”.
Xatırladırıq ki, iki gündür müxaliflər baş nazirə qarşı yürüş keçirir və onun istefası tələb edilir.
A.Məmmədli