Müharibənin Tədqiqi İnstitutunun analitikləri Rusiyanın Ukraynada müharibə üçün könüllü batalyonların yaradıldığı dörd regionun adını çəkiblər - Novosibirsk, Saratov, Ulyanovsk və Kurqan.
Tezadlar.az CNN-Türk-ə istinadən bildirir ki, rus qoşunları Ukrayna qoşunlarının müdafiə mövqelərindən geri çəkilməsini gözləməkdənsə, Donetsk vilayətinin işğal olunmuş ərazisindən Avdiivkaya cəbhəsindən hücum etmək qərarına gəlib. İnstitut bildirir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatlarına və narahatlıqlarına əsasən, Ukraynanın HİMARS ilə zərbələri “Rusiya ordusunu ruhdan salıb”. Həmçinin toplanmış məlumatlara istinadən ISW bildirir ki, Ukraynanın işğal olunmuş Donbasdakı Elenevka koloniyasında baş vermiş partlayış nəticəsində ölən və yaralananlar barədə etibarlı məlumatı yoxdur. Eləcə də institutun analitikləri təsdiqlənməmiş məlumatlara istinad edərək, İran PUA-ların ilk partiyasını çöl sınaqları üçün Rusiyaya göndərə biləcəyini ehtimal edirlər.
Lakin könüllülərdən ibarət batalyonlara gələn çox azdır. Gələnlər isə şirnikləndirici şərtlərə aldananlardır. İnstitut analitikləri Rusiyadakı mənbəyə istinadla qeyd edir ki, bütün bunlar o deməkdir ki, Rusiya Ordusu Ukraynanın istifadəsində olan silahlardan təngə gəlib.
A.Məmmədli