booked.netbooked.net booked.net  

Hakim "Gürcü Arzusu" partiyasının sıralarını tərk edən bir qrup deputat və yerli özünüidarəetmə orqanı nümayəndələri yeni hərəkatın əsasını qoyublar.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Sozar Subari mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, hərəkat "Xalqın Gücü" adlandırılacaq. Ehtiyyac yaranarsa, gələcəkdə siyasi partiya yaratmaq barədə də düşünüləcək: "Ukraynada davam edən müharibə fonunda Gürcüstan ciddi problemlərlə üz-üzə dayanır. Ölkəmiz tərəfindən müharibə təhlükəsinin əsas fazası keçilsə də bu təhlükə yenə də qalmaqdadır. Bu isə o deməkdir ki, ölkəni qorumaq üçün səfərbərliyə ehtiyyac var. Ölkə üçün ölümcül bir müharibədən yan keçmək üçün cəmiyyət məlumatlandırılmalıdır. Bunun öhdəliyi bizim hər birimizin üzərinə düşür. Məhz bu öhdəliyi nəzərə alaraq, "Xalqın Gücü" adlanan ictimai hərəkatı təsis etmək qərarına gəldik. Hərəkatın əsas məqsədi Gürcüstanın milli maraqlarını qorumaq üçün cəmiyyəti həqiqi məlumatlarla təmin etməkdir. İnsanlar siyasi kulislərdə gedən bütün yeniliklər barəsində məlumatlandırılmalıdır," - deyə S. Subari bildirib. Onun sözlərinə görə, hakimiyyət 2012-ci ildən etibarən bəzi məsələlərdə xarici qüvvələrə hesabat verməyə məcbur edilir. Sabiq deputat əlavə edib ki, yeni yaratdıqları ictimai hərəkatın başlıca məqsədi ölkəni müharibədən uzaq tutmaq, qütbləşməni azaltmaq və qərb institutlarına qarşı cəmiyyətin inamını artırmaqdır. Onun sözlərinə görə, Gürcüstanın süverenliyi məsələsi ilə bağlı qərb öz tutumunu dəyişməlidir.

XXX 

Baş verənlər ciddi suallara yol açır. Ən maraqlısı, bütün bunlar Saakaşvilinin siyasətdən gedəcəyini bəyan etmə ehtimalları fonunda baş verir. Sosial şəbəkələrdə bu yöndə siyasilər də maraqlı qənaətlər paylaşırlar...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN