Ukraynanın Cənub sərhədlərində ukraynalı müdafiəçilər Blaqodatnı və Pravdino bölgələrində düşmənin komanda məntəqələrinə qırıcılarla hücum ediblər.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Ukrayna Cənub Əməliyyat Komandanlığı məlumat yayıb. Sitat: "Düşmən işğal etdiyi müdafiə xəttində döyüş əməliyyatlarını davam etdirir. Qoşunlarımızın hücumunun qarşısını almaq və itirilmiş mövqeni bərpa etmək üçün bölmələri aşaraq Krivoy Roq istiqamətində qrupun tərkibini artırır. Şərq Hərbi Dairəsinin 35-ci Ordusunun döyüşmə qabiliyyəti isə xeyli zəifləyib..."
Xatırladırıq ki, Ukrayna ordusu son bir həftədə 20-yə yaxın qəsəbəni azad edib, ruslar xeyli itki verib.
A.Məmmədli