BMT Təhlükəsizlik Şurası Rusiya-Gürcüstan müharibəsinin 14-cü ildönümü ilə bağlı qapalı iclasında Rusiyanın işğal etdiyi ərazilərdəki vəziyyəti və 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi məsələsini müzakirə edib.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, sessiya çərçivəsində BMT baş katibinin siyasi və sülh məsələləri üzrə müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasına hesabat təqdim edib, o, Şura üzvlərinə yerlərdəki vəziyyətlə bağlı yenilənmiş məlumatları təqdim edib. İclasdan sonra Təhlükəsizlik Şurasına üzv dövlətlərin - ABŞ, Albaniya, Böyük Britaniya, İrlandiya, Norveç və Fransanın nümayəndələri, həmçinin Şuranın gələcək üzvləri - Yaponiya və Malta tərəflərə birgə bəyanat təqdim ediblər. Adıçəkilən ölkələrin nümayəndələri Gürcüstanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə güclü dəstəklərini ifadə ediblər. Rusiyanın Abxaziya və Sxinvali bölgəsində/Cənubi Osetiyada qanunsuz işğalını və hərbi mövcudluğunu pisləyib; Çətin bir humanitar və təhlükəsizlik mühiti, o cümlədən sözdə qeyri-qanuni fəaliyyətlər Sərhədləşmə prosesi, yerli əhalinin qanunsuz həbsi və oğurlanması, sərbəst gediş-gəlişin əngəllənməsi, qondarma Qali və Axalqori bölgələrində nəzarət-buraxılış məntəqələrinin uzun müddətə bağlanması, etnik gürcülərə qarşı ayrı-seçkilik və onların ana dilində təhsilin qadağan edilməsi pislənilib. Məlumata görə, tərəflər bəyanatda Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının 21 yanvar 2021-ci il tarixli qərarını xatırladıblar ki, Rusiya Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionları üzərində effektiv nəzarəti həyata keçirir və ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyır.

Məsələ ondadır ki, artıq bütün beynəlxalq qurumlar Rusiyanı qınayır və hədəfə alıb. Səbəb isə Rusiyanın Ukraynaya sssssssişğalçılıq niyyəti ilə müdaxiləsi və işğal faktıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN