“Düşünürəm ki, Rusiya prezidenti bu fürsətdən istifadə edərək İrəvanı daha adekvat mövqe tutmağa sövq etmək üçün yenidən konstruktiv təsir göstərməyə çalışıb”.
***
“Milli müdafiə” jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko mətbuatda verdiyi açıqlamada bildiribi ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli qeyri-rəsmi görüşdə Laçın dəhlizi ətrafındakı vəziyyət bir nömrəli mövzu olub.
"Əlbəttə, yəqin ki, üç ölkənin liderləri ümumilikdə Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi, 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın icrası və ondan sonrakı razılaşmaları müzakirə ediblər. Düşünürəm ki, Rusiya prezidenti bu fürsətdən istifadə edərək İrəvanı daha adekvat mövqe tutmağa sövq etmək üçün yenidən konstruktiv təsir göstərməyə çalışıb”, - deyə qeyd edib.
"Bu, həqiqətən də vacibdir - xüsusən də bir neçə gün əvvəl Nikol Paşinyanın özünün, Ermənistan parlamentinin spikeri Alen Simonyanın və xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya açıq-aşkar dost olmayan bəyanatları fonunda. Ermənistanın ali rəhbərliyin ritorikası diplomatik etikaya və Moskva ilə İrəvan arasında münasibətlərin prinsiplərinə uyğun gəlmir. Ona görə də bütün bu məsələləri ötən gün və bu gün Vladimir Putin nizamlamalı idi. Paşinyanı daha konstruktiv və reallıqların dərk edilməsinə adekvat etmək cəhdinin nə qədər uğurlu olduğunu söyləmək hələ də çətindir”, - İqor Korotçenko vurğulayıb.
Ekspert diqqəti ona yönəldib ki, ilin sonuna qədər Ermənistan bütün sənədlər üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirə bilməyib.
“Heç nə edilməyib, sülh danışıqlarında daim ləngimələr, təxribatlar və yerlərdə silahlı hücumlar baş verir, İrəvan siyasi cəhətdən qeyri-münasib davranış nümayiş etdirir və Qərb ölkələrinə arxalanmağa çalışır.
Biz Qərbin xüsusi xidmət orqanlarının rəhbərlərinin - Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ – ABŞ) direktoru və Mİ6-nın direktorunun Ermənistana səfərlərinin şahidi oluruq.
Bu cür səfərlər təsadüfi deyil, Ermənistanı Moskva da daxil olmaqla bərabər məsafə nümayiş etdirməyə sövq etmək üçün Qərbin təsir mərkəzləri ilə İrəvan arasında hansısa koordinasiya xətti hazırlanıb”, - siyasətçi xatırladıb.
"Bütün bunlar 2023-cü ildə Ermənistanın siyasətinin məqsəd və perspektivləri ilə bağlı müəyyən narahatlıqlar doğurur. Sülh müqaviləsi razılaşdırılmayıb. Ermənistan Fransa, ATƏT və Aİ-nin monitorinq missiyası kimi deskruktiv qüvvələri oyuna cəlb etməyə çalışır. Biz İrəvanın daha çox və tez-tez xarici hərbi kontingentin regiona daxil olmaq çağırışlarını görürük. Bu, artıq həm Ermənistanın siyasi isteblişmentində, həm də erməni politoloqlarının çevrələrində müzakirə olunur – təhlükəli tendensiya, bundan yaxşı heç nə olmayacaq, ancaq İrəvanın dağıdıcı davranış və Azərbaycanla yeni müharibəyə təhrik etmək ambisiyalarını gücləndirir”, - deyə İqor Korotçenko bildirib.
Xatırladaq ki, ötən gün Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Rusiya lideri bunu bu gün Ermənistan hökumətinin başçısı ilə danışıqlarda qeyd edib.
JASMİN