Bir müddət əvvəl Saakaşvilinin Ukraynaya verilməsini xahiş edən Ukrayna hakimiyyəti "yox" cavabı almışdı..

Siyasi analitiklər bundan sonra iki ölkə arasında soyuq münasibətlərin baş verəcəyini güman etdiyi bir məqamda, ötən gün Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna Prezidenti Volodimir Zelenskini ad günü münasibətilə təbrik edib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Zurabişvili Zelenskiyə "yorulmaz mübarizəsində" güc arzulayıb. Ən maraqlısı, Prezident deyib ki, Ukraynanın qələbəsi Gürcüstanın qələbəsi olacaq: “Cənab Prezident, sizi ad gününüz münasibətilə təbrik edirəm və növbəti ad gününüzü azad və vahid Ukraynada qeyd etməyi arzulayıram! Azadlıq və suverenlik uğrunda bu yorulmaz mübarizədə sizə güc və dözüm arzulayıram! Sizin qələbəniz bizim qələbəmiz olacaq!".

Təbii ki, bu siyasi notlu təbrik 2008-ci ildən Gürcüstan ərazisini işğal etmiş Rusiyaya cavab kimifir...

Nəhayət, bildirək ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin 45 yaşı tamam olub. O, ad gününü Rusiyanın atdığı raket zərbələri altında qeyd edir...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN