Rusiya Qərb tanklarını ələ keçirə və ya məhv edə bilən hərbçilər üçün mükafatları elan etdi...

Tezadlar.az “Zabaykalski Raboçiy” qəzetinə istinadla bildirir ki, hətta konkret qiymətlər də açıqlanıb: Alman "Leopard" tankının məhv edilməsi üçün 1 milyon rubl və onun ələ keçirilməsinə 3 milyon rubl, həmçinin Amerikanın "Abrams" tankının məhv edilməsi üçün 500 min rubl və ələ keçirilməsi 1,5 milyon rubl! Hökumətin rəsmi qərarına əsasən, ödənişlər təkcə tankı ələ keçirən və ya məhv edən hərbçilərə deyil, ona kömək edənlərə də veriləcək. Tutulan bir Qərb tankı üçün 10-a qədər adam mükafat ala bilər.
 Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna hakimiyyəti ilə Qərb ölkələri arasında ağır tankların Ukraynaya verilməsi ilə bağlı danışıqlar başa çatıb. Böyük Britaniya Ukrayna ordusuna 12 “Challenger 2” tankını təhvil verməyi vəd edib, ABŞ və Almaniya 31 “Abrams” və 14 “Leopard 2” tankı tədarük etdiyini açıqlayıb.
Bundan sonra Rusiya təbliğatı Qərb tanklarına qarşı kampaniyaya başlayıb. Sosial şəbəkələrdə və televiziyada Kreml messencerləri rus tanklarının Abrams və Leoparddan üstünlüyündən danışırlar. Məsələn, "Rossiya 1" kanalındakı "Vesti" proqramının efirində M1 Abrams tankının qarlı yamacı keçə bilmədiyi bir video nümayiş etdirlər. Və "Rusiya 24" telekanalında aparıcılar Rusiya və Alman tankları arasında "Bəbir"in xeyrinə olmayan "duelin nəticəsini" proqnozlaşdırırlar".

Burada maraqlı olan budur ki, əgər ruslar bu tanklardan qorxmursa, onun əks təbliğatına niyə bu qədər yol verirlər, yaxud pisləyirlər?

Bir də, mükafatlardan belə görünür ki, ruslar Alman tanklarından daha çox qorxurlar. Çqnki mükafat məbləği daha çoxdur.

A.Məmmədli

tank-2

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN