Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə avqustda Türkiyədə görüşməyi səbirsizliklə gözlədiyini bildirib.
"Dünən İstanbulda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdük. Ümid edirəm ki, avqustda Putinlə görüşəcəyik", - Ərdoğan ölkənin şimal-şərqində Bayburtda keçirilən mitinqdə deyib.
Ərdoğan Türkiyənin Rusiya ilə dialoqunu davam etdirdiyini vurğulayıb. Türkiyə lideri qeyd edib ki, Türkiyə Moskva ilə münasibətlərini korlamaq istəyənlərə imkan verməyib.
Qeyd etdiyimiz kimi, bu gün, iyulun 8-də Rusiya Federasiyasının başçısının mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə prezidentlərinin görüşünün dəqiq tarixlərinin hələlik olmadığını bildirmişdi.
E.ŞİRİNOV