Rusiya Gürcüstana qarşı daha bir təxribatçı addım atıb...
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Prezident Salome Zurabişvili ölkənin işğal altındakı Abxaziya regionundakı separatçı “parlament”in Suxumi hava limanını Rusiyaya vermək qərarını pisləyib. Salome Zurabişvili bu barədə Tvitter paylaşımında qeyd edib. “Mən müvəqqəti işğal altındakı Abxaziyanın “parlamenti”nin strateji lokasiyanı – Suxumi hava limanını Rusiyaya nəql etmək qərarını şiddətlə qınayır və buna etiraz edirəm”.
Bəs rəsmi Kreml bu qanunsuz addıma niyə razı olub? Belə çıxır ki, sabah hansısa separatçı bir rejim hansısa bir strateji ərazini, yaxud müəssisəni Rusiyaya vermək qərarı qəbul etsə, Kreml buna ikiəlli razı olacaq?
A.Məmmədli