Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə Ankaranın xarici işlər naziri Hakan Fidanın təklif etdiyi yeni taxıl sazişi formulasını müzakirə edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.

Həmin ərəfədə məlum olub ki, sentyabrın 8-də Ərdoğan Putinlə Soçidə görüşə bilər. Əsas müzakirə mövzusu Ukrayna taxılının ixracı ilə bağlı Qara dəniz təşəbbüsünün bərpası olacaq.

“Hürriyet” yazır ki, Fidan daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Orada o, taxıl müqaviləsi ilə bağlı Ukrayna hakimiyyətinin rəyini dinləyib.

Qəzet yazır: “Türkiyənin təmaslardan sonra işləyəcəyi yeni formula prezident Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçiriləcək görüşdə müzakirə oluna bilər”.

Bundan əvvəl məlum olub ki, Ukraynanın təşkil etdiyi dəhlizlə Qara dənizdən ikinci mülki gəmi keçib. Moskva bu hadisəni təşəbbüsün yenilənməsi ilə əlaqələndirməkdən imtina etdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN