Sülh danışıqları sülhə qarşı deyil, sülhün əldə edilməsində maraqlı olan ölkələr ilə mümkündür. Qafqaza sülh heç zaman kənardan idxal olunmayacaq, o regionun özündə formalaşa bilər.

Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

“Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır”, - deyib.

Sonda isə Vüqar Bayramov  “Əlvida Qranada” , - deyə qeyd edib.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Belə ki, Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

P.S. Həm də əlvida Makron, əlvida Azərbaycanın daxili işinə burnunu soxmaq istəyən hər kəs!

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN