"Əminəm ki, xalqımız özlərini və məni əsirlikdən azad edəcəklər. Mən buna tam əminəm, mən bu əsirlikdən azad olacağam və bu əsirliyə son qoyulacaq".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri eks prezident Mixeil Saakaşvili 7 noyabr işi üzrə keçirilən məhkəmə iclasında deyib. Mixeil Saakaşvili həbsini müvəqqəti ədalətsizlik adlandırıb. Bundan əlavə, o, Gürcüstandakı ruslardan danışıb və qeyd edib ki, onların əksəriyyəti hesab edir ki, bu torpaq artıq gürcülərə məxsus deyil: “Niyə mən rusların əmlak satışının dayandırılması və ümumiyyətlə, rusların Gürcüstanda daimi yaşayışının dayandırılmasından danışdım. Biz rusları Gürcüstana dəvət edəndə turist kimi dəvət edirdik. Biz onları bura köçməyə dəvət etməmişik. Problem ondadır ki, 100 mindən çoxu artıq Gürcüstanda məskunlaşan bu rusların əksəriyyəti gürcülərin təsadüfən buraya gəldiyinə, bu torpaqların artıq gürcülərə aid olmamasına inanırlar və özlərini evdəki kimi hiss edirlər. Onlar Putini bəyənirlər, imperiyanı bəyənirlər və Gürcüstanı öz mülkləri hesab edirlər".

 Saakaşvili qarşıdan gələn seçkilərə də münasibət bildirib: "Partiya yoldaşlarıma müraciət edirəm, qarşıdan gələn seçkilər üçün siyahımızın mütləq əksəriyyəti heç vaxt deputat olmayan şəxslərdən ibarət olmalıdır. Bunun üçün qapını geniş açmaq və bu istiqamətdə aktiv işə başlamaq lazımdır”.

Gürcüstan hakimiyyəti isə hələ də Saakaşvilinin azad edilməsində siyasi təhlükə görür...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN