booked.netbooked.net booked.net  

Ermənistanda baş verən hadisələr Rusiyada nikbinlik yaratmır, çünki boş bəhanələr arxasında gizlənən İrəvan Rusiya-Ermənistan münasibətlərinin pozulmasına yönəlmiş addımlar atır, eyni zamanda Rusiya hərbçilərinə, sərhədçilərinə və bütövlükdə KTMT-yə böhtan atmaqla məşğuldur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.

 Diplomat vurğulayıb ki, bu yolla Ermənistan rəhbərliyi tarixi təhrif edir.

 “Çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edən KTMT-nin olması, Ermənistanla Azərbaycan arasında münasibətlərdə gərginliyi azaltmaq üçün 2021-ci ildə öz sülhməramlı missiyasını respublikaya göndərməyə hazır olması barədə heç nə qeyd olunmayıb, üstəlik, missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb - biz gecəyə qədər oturduq, hər şeyi təsdiqlədik, artıq səhər prezidentlər və baş nazirlər görüşəndə ​​cənab Paşinyan dedi ki, konsensus yoxdur”, - deyə Lavrov vurğulayıb.

 Nazirin sözlərinə görə, cəmi bir neçə gün sonra Paşinyan oxşar missiyanı Ermənistana çağırıb, lakin Avropa sülhməramlılarını... Azərbaycan tərəfinə söz verilmişdi ki, Aİ missiyası cəmi iki ay fəaliyyət göstərəcək, amma sonda onun müddəti uzadılıb və sayı iki dəfə artırılıb və indi onun tərkibinə Norveç, Kanada və Amerikadan olan hərbçilər də daxil olacaq, beləliklə missiya Avropa missiyasından NATO missiyasına çevriləcək...

 Rusiya XİN rəhbəri xatırladıb ki, Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra RF Prezidenti Vladimir Putin onunla çoxsaylı görüşlərdə Rusiyanın əvvəlki təcrübəyə əsaslanmadan, Ermənistanın yeni rəhbərliyinin necə hərəkət edəcəyinə əsaslanaraq İrəvanla münasibətləri yaxşılaşdıracağını bəyan edib.

 “Cavabında Nikol Paşinyan bildirib ki, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistan iqtisadiyyatının inkişafı, Cənubi Qafqazda təcrid olunmasının qarşısını almaq üçün fundamental olan strukturlardır. Azərbaycanla Ermənistan arasında münaqişənin alovlandığı 2020-ci ilə qədər bütün illər ərzində münasibətlər məhz bu istiqamətdə inkişaf edib. Və sonra Paşinyan Putinə müraciət etdi - həm Rusiyanın müttəfiqi kimi, həm də KTMT üzvü kimi: bilirsiniz ki, bizim prezidentimiz gecələr sözün əsl mənasında, necə yorulmadan Ermənistan və Azərbaycan liderləri ilə bu müharibəni dayandırmaq üçün danışıqlar aparıb”, - Lavrov deyib.

 Nazir İrəvanda Paşinyanla söhbəti ilə bağlı təəssüratlarını da bölüşüb.

 Onun sözlərinə görə, belə bir hiss var imişi ki, Paşinyan hələ də Moskva ilə müttəfiqlik münasibətlərini davam etdirməyin, həmçinin KTMT və Aİİ kimi birliklər çərçivəsində işləməyin Ermənistan üçün nə qədər faydalı olduğunu başa düşür.

Lakin hazırda Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edir ki, Ermənistan Avropa İttifaqına arxalanmalıdır, guya KTMT İrəvan qarşısında öhdəliklərini yerinə yetirmir.

 “Əminəm ki, bu, ermənilərlə tarixi dostluq əlaqələri baxımından da, Rusiyada yaşayan nəhəng erməni diasporu və Cənubi Qafqazda sabitlik baxımından da nə erməni xalqının maraqlarına, nə də bizim maraqlarımıza cavab vermir. İndi Ermənistan rəhbərliyini Qərb tərəfinə çəkənlərin məqsədi sadədir: Cənubi Qafqazda sabitliyin qarşısını almaq, bu regionu onun dominantlıq zonasına çevirməyə çalışmaq - necə ki, Qərb bunu Mərkəzi Asiyada və bizim ümumi qitəmizin bir çox başqa yerlərində etməyə çalışır”, - Lavrov diqqətə çatdırıb.

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN