“Onu qəzəbli 100 min insan qarşılayacaq

Ötən gün  2 oktyabr axşamı Tbilisidə olacağını açıqlayan, təyyarə bileti aldığını bildirib və sübut üçün biletin şəklini paylaşan Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili yenidən tənqid hədəfinə tuş gəlib.

Xatırladq ki, o, həmin videomüraciətində  bildirmişdi ki, seçki məntəqələri bağlandıqdan sonra, hər kəs öz şəhərinin, kəndinin mərkəzinə çıxmalı və əldə etdiyi qələbəni qorumalıdır: “Buna görə də mən bu prosesdən kənarda qala bilmərəm. 2 oktyabrda Gürcüstanın taleyi həll edilir, ölkənin xilas olub-olmamasına aydınlıq gəlir. Əlbəttə ki, sizinlə birlikdə Tbilisidə olmaq üçün, sizin istəyinizi qorumaq üçün, sizinlə birlikdə Gürcüstanın xilasında iştirak etmək üçün, 2 oktybr axşamına bilet almışam. Bunu mən özüm üçün etmirəm. Mənim hər hansı bir ambisiyam və ya vəzifə tutmaq istəyim yoxdur. Bunu onun üçün edirəm ki, Gürcüstan, sadəcə, xəritədə mövcud olmaqla kifayətlənməsin, həmçinin sürətli şəkildə inkişaf etsin. Bu yoxsulluq, bədbəxtlik dayansın. Ümid edirəm ki, hər birimiz bir-birimizin yanında dayanacağıq. Bizim hər birimiz sonadək, tam qələbəyədək getməliyik. Tbilisidə görüşənədək"...

Gürcüstan KİV-nin məlumatına görə, Baş nazir İrakli Qaribaşvili  Saakaşvilinin həmin bəyanatına cavab olaraq bildirib ki, bu torpaqda heç kim qanunun icra edilməsinin qarşısında dura bilməyəcək: “Buna qarşı çıxanlar da həbsxanaya gedəcəklər. Biz buna qanun və dövlət naminə zəmanət veririk. Saakaşvili məhkumdur, həbsxanaya layiqdir, ölkəmizə düzəlməz nəticələr verib. O əhaliyə ziyan vurub, insanların çıxıb məni qoruyacaqlar deməsi tamamilə yalandır. O yazığın hansı gücü varki? Pik həddə belə 5000 adamı zorla toplayırdılar. Bunu bir də bizdən soruşsunlar, komandamızın nə qədər insan toplaya biləcəyini soruşsunlar. Saakaşvilini qəzəbli olan 100 min insan qarşılayacaq”.

Baş nazir yenidən vurğulayıb ki, Saakaşvili ölkəyə ayaq basan kimi həbs olunacaq: “Onun yeganə vəzifəsi və məqsədi ölkəmizdə xaos və qeyri-sabitlik yaratmaqdır. Saakaşvilinin məqsədi və istəyi hakimiyyətə qayıtmaqdır ki, bu, onun və komandasının əlçatmaz arzusudur”, - deyə İ. Qaribaşvili bildirib.

 Ölkə prezidenti Salome Zurabişvili isə Gürcüstanda  koalisiya hökumətinə ehtiyac olduğunu söyləyib. O, bunu  Fransanın "Həftəlik Jurnalı"na verdiyi müsahibəsi zamanı "Gürcüstanda dərin siyasi böhran bitdimi?"  sualını cavablandırarkən söyləyib.

"Qarşıdakı yerli seçkilər bunu göstərəcək. Qütbləşmənin öhdəsindən gəlmək çox çətindir. Hakim partiyanın 9 il ərzində qurduğu hökumətdən sonra, aydın oldu ki, koalisiya hökumətinə ehtiyac var. Ancaq mövqelərin bu dərəcədə zidd olduğu zamanda koalisiya hökumətinin necə fəaliyyət göstərəcəyini görmək çox çətindir", - deyə Zurabişvili bildirib.

***

Saakaşvili isə yola düşməyə hazırlaşır...

2 oktyabra sayılı günlər qalıb.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN