Suriya prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünə müsbət cavab verməyib. Türkiyə lideri bu barədə danışıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz Əsədə dedik: gəlin görüşək. Müsbət cavab almadıq”, — siyasətçi Ankara ilə Dəməşq arasında görüş və münasibətlərin normallaşdırılması təklifini şərh edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib ki, Suriyada baş verənləri sabitləşdirmək asan deyil, çünki bu, çoxlu sayda iştirakçı ilə mürəkkəb oyundur. O, ümid etdiyini bildirib ki, bu həftə üçün nəzərdə tutulan görüşlər vəziyyətin sabitləşməsinə kömək edəcək. Diplomat qeyd edib ki, Rusiya tərəfinin Suriyada terrorçuları kimin dəstəklədiyi barədə müəyyən məlumatlar var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN