Türkiyə Avropaya qanunsuz miqrasiya ilə mübarizədə Avropa Birliyi üçün mərkəzi rol oynayır.

Jüdische Allgemeine qəzetinin məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel Qüdsdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna səfəri zamanı bildirib.

“Türkiyəni görməzdən gəlmək olmaz. NATO üzvü olan Türkiyə Avropaya qanunsuz miqrasiya ilə mübarizədə AB üçün mərkəzi rol oynayır”.

Kansler bildirib ki,  Türkiyənin böyük hədəfləri var, amma (Türkiyə-AB) münasibətlərdə bəzi xəyal qırıqlığıı var: “Hər halda, əsas məsələlərə baxış fərqli olsa belə, praqmatik razılaşmalar əldə etmək lazımdır. Biz, qarşılıqlı əlaqələri davam etdirməliyik ", - deyə  Merkel vurğulayıb.

Kanslerin sözlərinə görə, xarici siyasət dəyərlərin və maraqların qarışığıdır və burada düzgün tarazlığı tapmaq vacibdir.

Xatırladaq ki, bir müddət öncə Almaniyanın Xarici İşlər naziri Heiko Maas Avropa Birliyi (AB) ilə Türkiyə arasındakı miqrasiya razılaşmasının yenilənməsini istəmişdi.

“Welt” qəzetinə verdiyi müsahibəsində Türkiyənin Suriya  və   bölgədəki   digər   ölkə  vətəndaşı   olan  4  milyondan çox  qaçqına  ev sahibliyi  etdiyinə  diqqət cəkən  Maas:  “İnanıram ki, AB-də Türkiyə ilə miqrasiya sazişinin daha da inkişaf etdirilməsi və yenilənməsinə maraqla yanaşır”.

Nazir  “Yeni bir razılaşma olması halında AB Türkiyəyə maliyyə dəstəyi  verməlidir” sualına: “Bu  məsələ  ilə əlaqəli  bir rəqəm bəyan etmək istəmirəm, lakin bunun pulsuz olmayacağı da aydındır.  Nəticədə Türkiyə milyonlarla insana xərc çəkərkən, digərləri buna biganə  qalmamalıdır”, - deyə bildirmişdi.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN