...Professor Vaqif Abdullayev Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsini yeni başladığımız ilin ilk sevinci, müjdəsi olması barədə maraqlı məqalə ilə çıxış edib. Aşağıda təqdim edirik:
-Yeni ildə hər birimiz mənəvi paytaxtımız Şuşanın quruculuğunun, dirçəlişinin, daha çox saysız-hesabsız uğurlarının şahidi olacağıq. Biz neçə illər idi ki, bu xoş günü gözləyirdik, əbədi Xilaskarımız olan Cənab Prezidentə buna görə minnətdarlığımı bildirirəm.
28 illik Şuşa həsrəti bizə, sanki 280 ilə bərabər oldu, illərlə Əziz Şuşamızın nisgili ilə yaşadıq, sanki hər ötən il bir əsrə bərabər idi.
Şükürlər olsun Uca Tanrıya, bizi Şuşaya qovuşmağı nəsib etdi. 60 milyonluq Azərbaycanlı Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz dərəcədə minnətdardır ki, Şuşa həsrətinə birdəfəlik son qoyuldu.
Şuşa 28 il ərzində vəhşi ermənilərin əsarətində qalsa da, qürurla dayandı, heç vaxt öz doğma qoynunda yağı düşmənə isti yuva vermədi, ermənilər də burada çox qalmayacaqlarını bildiklərindən daşı-daş üstə qoya bilmədilər, anlayırdılar ki, bu doğma şəhərin sakinləri gec-tez geri dönəcək.
Müzəffər Sərkərdə İlham Əliyev Şuşa şəhərini işğaldan azad etməklə 270 illk qürurumuzu özümüzə qaytardı, bizi ağır xəcalətdən xilas etdi. Baş tacımız olan Şuşada müstəqil Azərbaycanın üçrəngli bayrağını dalğalandırdı.
Cənab Prezident öz tarixi Xilaskarlıq missiyası ilə həm də Pənahəli xanın, İbrahim xanın, Gövhər Ağanın, Natəvanın, Xan Şuşinskinin, Üzeyirin, Bülbülün, Ulu öndər Heydər Əliyevin ruhunu şad etdi. İlham Əliyev 270 illik şanlı və şərəfli tariximizə sahib çıxdı. Şuşa dövlətçiliyimizin, İlham Əliyev isə son 3 əsrlik tariximizin xilaskarlıq simvoludur. Şuşa 270 illik tarixində ilk dəfədir ki, müstəqil Azərbaycan dövlətinin müstəqil Ordusu tərəfindən qorunur, ilk dəfədir ki, müstəqil respublikanın bayrağı dalğalanır, Cıdır düzündə dövlət himni səsləndirilir.
Bədnam qonşumuz Ermənistan öz mənfur xislətindən əl çəkməyərək Türkiyənin ərazisi olan Ağrı dağının təsvirini öz gerblərində əks etdirir, halbuki bu açıq ərazi iddiası, başqasının torpağına göz dikməkdir. Təklif edirəm ki, biz də öz tarixi doğma torpağımız olan Şuşanın milli atrubutlarımızda, dövlət gerbimizdə rəmzi öz əksini tapsın/ İnanıram ki, Cənab Prezidentin də bu mühüm məsələyə mövqeyi müsbətdir.
Cənab İlham Əliyev ötən ilin yanvar ayının 14-də Şuşaya səfəri zamanı söz vermişdi ki, qısa zamanda Şuşanı dirçəldəcəyik, yenidən quracağıq. Cəmi bir il keçib, Əziz Şuşada misli görüməyəcək dərəcədə nəhəng işlər görülüb. Möhtəşəm Şuşa qalası öz şahənşah görkəminə qayıdıb, Müqəddəs Gövhər ağa Məscidi və digər dini abidələrimiz bərpa olunub, Vaqifin məqbərəsi, ev muzeyi əvvəlikndən də möhtəşəm şəkildə inşa edilib. Üzeyir Hacıbəylinin, Bülbülün heykəlləri öz doğma ünvanlarına qaytarılıb, Natəvanın evi, bulaq kompleksi bərpa olunub. Qarabağ oteli istifadəyə verilib, onlarla mədəni- tarixi abidələrimiz təmir olunub, enerji, rabitə, su, kommunal xidmət obyektləri istifadəyə verilib.
Cənab Prezident və Mehriban xanım Əliyeva Şuşada yeni məktəb, səhiyyə, mədəniyyət, yaşayış binalarının, sosial obyektlərin, infrastrukturların əsasını qoyublar. Bu gün şuşalılar Zəfər yolu ilə öz doğma yurdlarına gedirlər.
Şuşa öz tarixi ənənələrini də yenidən dünyaya nümayiş etdirdi – “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri keçirilməsi ilə zəngin mədəni irsini bərpa etdi.
Cəmi bir il müddətində Şuşada həyat qaynadı, minlərlə insan bu müqəddəs şəhəri ziyarət etdi, yüzlərlə sakin öz doğma ocağına geri döndü, Cənab Prezidentə əsgər salamı verən 4 yaşlı Asif indi Şuşada ata-anası ilə birgə yaşayır. Erməni faşizminin darmadağın etdiyi Şuşa şəhəri indi cənnəti xatırladır. 1752-ci ildə Pənahəli xanın inşa etdiyi Şuşanı 270 il sonra müqəddəs əmanəti kimi qoruyan İlham Əliyev möhtəşəmcəsinə qurur, Şuşa tariximizin ən zəngin və şərəfli dövrünə qədəm qoyur...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN