Krımın işğalı ilə barışmayan Ukrayna hakimiyyəti yeni cəhdlərdə bulunmaqdadır...

Belə ki, Ukrayna kəşfiyyatçıları Krım Muxtar Respublikasının yaxınlığında döyüş atışlı təlim tapşırıqları yerinə yetirir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hazırda müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisi ilə inzibati sərhəd yaxınlığında döyüş tapşırıqlarını yerinə yetirən kəşfiyyatçı döyüşçülər düşməni yaxın məsafədən dəf etmək üçün təlimlər keçir.
Döyüşçülər atəş xəttinə qədər irəlilədikdən sonra bir-birini mühafizə edərək müxtəlif üsullarla döyüş meydanında hərəkət edirlər. Bu üsul müxtəlif mövqelərdən məqsədyönlü atəşlər aparmağa, eyni zamanda ərazinin və düşmənin hərəkətlərinin kəşfiyyatını izləməyə imkan verir.
Rusiya hakimiyyəti isə hələki bu açıqlamaya reaksiya bildirməyib.
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN